Huşu özündə deyil, həkimlər gözləyir ki...
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.
Sherg.az xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib.
O bildirib ki, şairin müalicəsi davam etdirilir, onun huşu özündə deyil:
“İyunun 12-də Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Son 5 gündə vəziyyəti lap pisləşdi. Bu müddət ərzində huşu özündə olmadı, yatılı vəziyyətdə oldu. Ancaq dünəndən həkimlər yuxu ilə bağlı dərmanları dayandırıblar. Həkimlər onun ayılmasını gözləyirlər. Vəziyyəti ağır olaraq qalır”.
Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 İyun 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















