Icma.az
close
up
RU
Paşinyan özündə cəsarət TAPMALIDIR

Paşinyan özündə cəsarət TAPMALIDIR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibə verib. Ölkə başçısı müsahibəsində Ermənistana məsələhətlər verib. "Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik", - dövlət başçısı qeyd edib.

Ermənistan tərəfinə hər şeyi, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri yaxşı ölçüb-biçməyi məsləhət görən Azərbaycan Prezidenti əlavə edib:

“Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür”.

Maraqlıdır, Ermənistan hakimiyyəti bundan nəticə çıxaracaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Nikol Paşinyan özündə cəsarət tapıb Azərbaycanla sülh müqaviləsini imzalamağa çalışmalıdır:

“Ermənistan Baş naziri Nikol Paşinyan özündə cəsarət tapıb bu il ərzində konstitusiya dəyişikliklərinə gedib, Azərbaycanla sülh sazişi imzalamağa çalışmalıdır. Yox, bunun əvəzinə o silahlanmağa üstünlük verərsə, sülh imzalamaqdan yayınarsa, bu,bölgədə vəziyyəti gərginləşdərəcək. Hətta sonrakı il toqquşma ehtimalını artıracaq. Ona görə hesab edirəm ki, Prezident İlham Əliyev bu mənada Paşinyana xəbərdarlıq edir. O, sülh imzalamaq və əməkdaşlıq etmək istəsə, bu il bunun üçün münbit şərait yarada bilər”.

E.Şahinoğlu söyləyib ki, Paşinyan xəbərdarlıqdan nəticə çıxarmasa, mümkün toqquşmada yenə də, məğlub olacaq:

“Ermənistan Baş naziri Nikol Paşinyan prosesi uzatmağa çalışarsa,bu, vəziyyəti gərginləşdirib, toqquşma ehtimalını artıracaq. Ermənistan əvvəllər Rusiyanın əmrlərini yerinə yetirirdisə, indi Vaşinqtondan gələn əmrləri yerinə yetirir. Paşinyan anlamalıdır ki, o, öz ölkəsinin maraqlarından çıxış edirsə, ona sülh lazımdır. Ermənistan nə qədər silah alsa və hərbi  büdcəsini artırsa da, ölkə başçısı İlham Əliyevin dediyi kimi Azərbaycanla ayaqlaşa bilməyəcək. Mümkün toqquşmada yenə də, özü və ölkəsi məğlub olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Yanvar 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see764

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see310

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see290

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see279

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see261

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see251

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see237

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see225

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see209

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see199

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see191

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see185

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see185

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see184

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see182

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see178

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see176

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see169

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri