Icma.az
close
up
RU
“Hyundai” və “KIA” müştərilərə 1. 3 milyard dollardan çox təzminat ödəyib FOTO

“Hyundai” və “KIA” müştərilərə 1. 3 milyard dollardan çox təzminat ödəyib FOTO

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2010-cu illərin əvvəlləri “Hyundai” və “Kia” üçün yüksəliş dövrü idi. Cənubi Koreyanın bu iki nəhəng avtomobil markası dünya bazarında sürətlə pay qazanır, keyfiyyət və dizayn baxımından rəqiblərinə meydan oxuyurdu.

Avtosfer.az xəbər verir ki, lakin arxa planda təhlükəli bir texniki problem səssizcə böyüyürdü və bu, nəhayət, milyonlarla avtomobili əhatə edən kütləvi geri çağırmaya və milyardlarla dollarlıq təzminata səbəb oldu.

Böhran necə baş verdi?

Hər şey ABŞ-da satılan bəzi modellərin mühərrikində qəfil nasazlıqlar və yanğın hallarının artması ilə başladı. Əsasən 2011-2014-cü illər arasında istehsal olunan “Hyundai Sonata” və “Kia Optima” modelləri bu riskə məruz qalan avtomobillər sırasında idi.

Şikayətlərin çoxalması ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsini (NHTSA) hərəkətə keçməyə vadar etdi. Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, “Hyundai” və “Kia” mühərriklərin istehsalında ciddi texniki səhvə yol veriblər.

Texniki səhv nədən ibarət idi?

Mühərrik blokları istehsal zamanı düzgün təmizlənmədiyindən içəridə qalan metal yonqar qalıqları yağ kanallarını tıxayırdı. Bu, mühərrik hissələrinin yağsız qalaraq tez bir zamanda köhnəlməsinə və nəticədə qəfil sıradan çıxmasına səbəb olurdu. Mühərrik dayandıqda isə bəzi hallarda yanğın da baş verirdi.

Problem yalnız texniki deyildi. Araşdırmalar göstərdi ki, “Hyundai” və “Kia” problemi uzun müddət gizlətməyə çalışıb. Müştərilərə təhlükə barədə vaxtında məlumat verilmədiyi və geri çağırma proseslərinin gec başladıldığı iddia edilirdi. Şirkətlər könüllü bəzi modelləri geri çağırsa da, bu addımlar yetərli olmadı.
Nəticədə, “Hyundai” və “Kia” ABŞ-da 3,4 milyon avtomobili əhatə edən kütləvi geri çağırma proqramı həyata keçirdi. Bundan əlavə, təhlükəsizlik risklərini vaxtında bildirmədiklərinə görə onlara qarşı sinif iddiaları qaldırıldı.

Sonda şirkətlər müştərilərə ümumilikdə 1,3 milyard dollardan çox təzminat ödəməli oldu. Bu qalmaqal “Hyundai” və “Kia”-nın dünya üzrə etibarına ciddi zərbə vurdu. Həm texniki səhlənkarlıq, həm də məlumatı gizlətmək cəhdləri avtomobil sənayesində bu hadisəni “istehsal xətasının bahalı dərsi” kimi tarixə saldı.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 17 Aprel 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri