Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

IAI baş direktoru: İran müharibənin gələcəyini dəyişdi

IAI baş direktoru: İran müharibənin gələcəyini dəyişdi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“30 illik zəhmətin nəticələri bir gecədə sınaqdan keçirildi – iranlılar gələcək döyüşlərin xarakterini dəyişdi”.

Bizimyol.info xəbər verir ki, bu sözləri İsrailin Hərbi Aviasiya Sənayesi (IAI - İsrail Aerospace Industries) konserninin baş direktoru Boaz Levi “Maariv” qəzetinə müsahibəsində deyib.

Boaz Levi — “Hetz” (Ox) raketdən müdafiə sisteminin yaradıcılarından biridir. O, İranın İsrailə endirdiyi zərbələrlə bağlı yeni detalları ictimaiyyətlə bölüşüb və bu hücumdan çıxarılan dərslərdən danışıb. Levi, İran hücumu gecəsi “Hetz” sisteminin işini yaxından izlədiyini deyərək bildirib ki, sistemin imkanlarını əvvəlcədən bilsə də, iranlıların sıx məskunlaşmış ərazilərə bu qədər kütləvi raket atacağı onu şoka salıb.

Onun sözlərinə görə, vaxtilə ABŞ-ın sabiq prezidenti Ronald Reyqan, “Hetz” layihəsində böyük rolu olan MAFAT bölməsinin rəhbəri Dov Ravivə “kosmosda ballistik raketləri vurmaq mümkündürmü?” sualını verəndə, Raviv belə cavab vermişdi: “Bəli, edə bilərik (Yes, we can)” — və əlavə etmişdi: “Bu cümlədə kifayət qədər israillilərə xas cəsarət var”.

Layihənin icrasına başlanandan bəri o, ciddi dəyişikliklərə məruz qalıb. “Onun forması da, imkanları da əhəmiyyətli dərəcədə dəyişdi. Bu inkişafın nəticəsi olaraq yalnız “Hetz” deyil, onunla yanaşı digər müdafiə sistemləri ilə inteqrasiya edən çoxşaxəli bir sistem yaradıldı. Bu da vətəndaş olaraq bizim gecə rahat yatmağımıza imkan verir”, – deyə Levi bildirib.

Layihənin müxtəlif mərhələlərində – istinad və idarəetmə mühəndisi, baş mühəndis, proqram rəhbəri və nəhayət “Hetz 3”ün yaradıcısı kimi fəaliyyət göstərən Levi, hücum gecəsindəki hisslərini belə ifadə edib: “Evdə oturmuşdum, sistemin imkanları məni təəccübləndirmədi. Məni təəccübləndirən tək şey – iranlıların sıx ərazilərə bu qədər kütləvi hücum etmək qərarı oldu”.

Levi bildirib ki, bu hücumlar mövcud anlayışları dağıtdı: “Biz bilirdik ki, iranlılar raket atacaqlar. Amma bu qədər intensiv və kütləvi atəş açmaq – artıq bu, gələcək döyüşlərin simasını dəyişmək deməkdir”, - deyib.

O xəbərdarlıq edib ki, bu hücumdan sonra daha intensiv ballistik raket zərbələri gözləmək olar. Gözlənilməz ölçüdə olan bu hücumlara baxmayaraq, Levi “Hetz” sisteminin fəaliyyətindən razı qaldığını bildirib: “Bu, sürpriz idi. Amma gördüyünüz kimi, müdafiə sistemi də yüksək səviyyədə işlədi”, - deyə qeyd edib.

Levi əlavə edib ki, gələcəkdə bu cür hücumlar çoxsaylı PUA-lar, dron sürüləri və digər vasitələrin eyni vaxtda istifadəsi ilə müşayiət oluna bilər və bu da gələcək üçün yeni yanaşmalar tələb edəcək.

Perimetr müdafiə sistemlərinin baha başa gəlməsi ilə bağlı tənqidlərə cavab olaraq Levi vurğulayıb ki, qiymət müqayisəsi düzgün aparılmalıdır: “Uzun illərdir deyirik: raketin qiyməti ilə müdafiə sisteminin qiymətini müqayisə etmək düzgün deyil – müqayisə ediləsi əsas məqam mümkün dağıntının qarşısının alınmasıdır. Hər bir vətəndaş bu gün çox yaxşı bilir ki, yarım ton partlayıcının bir binaya düşməsi nə deməkdir”, - deyib.

Gələcəkdə raket təhdidlərinə qarşı effektiv mübarizə üçün Levi iki əsas prinsipə diqqət çəkib:

Müdafiə qatının daha yüksəkdə qurulması: “Bu qat nə qədər yüksəkdə olsa, İran raketlərinin yaratdığı problemlərin çoxu həll olunur”.Raketləri heç də sadə hesab etməmək: “Bu raketlər çox da sadə deyildi və biz onları əsla dəyərləndirmədən sala bilmərik. Onlar konkret hədəflərə istiqamətlənmişdi və biz onları müəyyən səbəblərdən vurmadıqda, hədəflərə dəydi”.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 09:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri