Icma.az
close
up
RU
İbn Müqtədir Mehdi Dostəlizadənin yeni hekayəsi

İbn Müqtədir Mehdi Dostəlizadənin yeni hekayəsi

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Mehdi Dostəlizadənin "İbn Müqtədir" adlı yeni hekayəsini təqdim edir.

Yanğın gecə yarısı başlamışdı, amma xəbər İbn Müqtədirə sübhdən sonra gəlib çatdı. Çünki bütün bədbəxt hadisələr gecə yarısı baş versə də, Dövləti-Aliyyənin qərarları sübhdən sonra verilir — İbn Müqtədir bu yazılmamış qanunu vəzifəyə gələn gün öyrənmişdi.

İbn Müqtədir Şam şəhərinin əsas dəftərxanasının kiçik məmuru olduğuna görə, nə vergi yığır, nə hökm oxuyur, nə də fərman yazırdı. Bütün işi şəhərdə baş verən hadisələri dəftərə qeyd etmək və hər hadisəni müvafiq qurumlara çatdırmaqdan ibarət idi. Xüsusilə də, artıq baş verib qurtarmış şeyləri.

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi Xalq yazıçısı Anardan yeni kitab: "Qatardan qalan adam" "Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi

Sübh namazından sonra dəftərxana rəisindən İbn Müqtədirə tapşırıq gəldi:
— Bazarda bir neçə dükan yanıb. Siyahı tut və təzminat idarəsinə təqdim et. Dükanı yanan hər kəsə beytül-maldan əlli qızıl veriləcək. Valinin əmridir.

İbn Müqtədir qələm və mürəkkəbini qəbasının cibinə qoydu və dəftərini sinəsinə bərk-bərk sıxıb bazara tərəf yollandı. Hadisə yerinə yaxınlaşanda yanğının qoxusunu hiss etdi. İlk dükanın qabağında dayandı. Tavan qaralmışdı, dəmir qapı yerində olsa da, pəncərələr yanmışdı. Dükan yiyəsindən soruşdu:

— Yanıb?

— Yanıb — dedi kişi, — siyahıya alırsınız?

— Siyahıya alırıq. Təzminat idarəsinə təqdim edəcəyik. Dükanı yanan hər kəsə beytül-maldan əlli qızıl veriləcək. Valinin əmridir.

— Hə yanıb, yanıb.

— Bütün malların yanıb?

— Demək olar ki.

— “Demək olar ki” məqbul cavab deyil— İbn Müqtədir qələmini havada saxladı — ya yanıb, ya da yox.

— Onda belə yaz: yanıb.

İbn Müqtədir dəftərə belə yazdı: Sahib ibn Müvəkkilə məxsus nabat dükanı — yanıb.
Bazarda yanan digər dükanlar da siyahıya alınandan sonra İbn Müqtədir oranı tərk edib dəftərxanaya yola düşdü. Şəhərdə hamı valinin verdiyi əmrdən danışır, bilənlər bilməyənlərə deyirdilər. İbn Müqtədir də danışılanlara fikir vermədən başını aşağı salıb yoluna davam edirdi. Yolda bir qadın evinin qapısından onu səslədi:

— Seyyid! Bəs bizim evi siyahıya almırsan?

— Sizin evi niyə siyahıya almalıyam ki? Məgər eviniz yanıb?

— Yox, yanmayıb — qadın çadrasını üzünə çəkdi — amma ehtiyat üçün siyahıya almaq olmaz?

— Olmaz! Siyahıda “ehtiyat üçün” nəyisə qeydə almırıq. Evin yanıbsa, de, yanmayıbsa vaxtımı alma.

Bu vaxt həyətdən bir kişi çıxdı və qadının üstünə çımxırdı:

— Keç içəri, ay arvad! Sən Dövləti-Aliyyənin möhtərəm məmuru ilə necə danışacağını bilmirsən? — daha sonra üzünü İbn Müqtədirə çevirib xahiş-minnət etdi — Cənab məmur, keç bu başıboş arvadın təqsirindən, nə danışacağını, necə danışacağını bilmir. Amma, bu fəqir sizdən xahiş edir ki, bizim də evimizi o siyahıya alasınız. Hər nə hörmət lazımdırsa etməyə hazıram

— kişi əbasının altından bir kisə çıxarıb əlində atıb-tutmağa başladı.

İbn Müqtədir kisəni görəndən sonra kişidən adını soruşdu, dəftəri çıxarıb yazdı: Əhməd ibn Şəddadın evi, yanıb.

Bu hadisəyə şahidlik edən qonşular İbn Müqtədiri öz evlərinə dəvət etdilər. Çoxusu bir neçə sikkə müqabilində siyahıya öz evini yazdırdı. İbn Müqtədirin bu küçədən yığdığı rüşvət dəftərxanadan aldığı bir aylıq muzddan daha çox idi. Küçənin bəzi sakinləri İbn Müqtədirə pul verə bilməsələr də, bir vedrə keçi südü, ya da bir neçə toyuq vədəsi ilə siyahıya öz adlarını yazdıra bilmişdilər.

Küçədəki bütün evləri siyahıya alıb oranı tərk edəndən sonra qəfil qopan qışqırıq səsləri onu geri qaytardı. İbn Müqtədir küçənin başında dayanıb gördüyü mənzərəyə heyrətlə tamaşa etdi: bütün evlər od tutub yanırdı.

— Bu hadisədən baş açmaq olmur. Axı səbəbsiz də yanğın olar? Necə yəni bütün evlər birdən birə od tutub yandılar? — dəftərxana rəisi İbn Müqtədirdən baş verənləri daha ətraflı izah etməsini istədi.

— Baxın, mən bazardan çıxandan sonra Darulhəmd meydanına açılan küçədən keçirdim. Birdən-birə qışqırıq səsləri eşitdim, arxaya dönüb baxanda gördüm ki, məhəllədən qara tüstü qalxır.

— İbn Müqtədir dəftərini çıxarıb bir-bir adları oxudu — Əhməd ibn Şəddadın evi, yanıb. Yusuf ibn Mütəllibin evi, yanıb. Süleyman ibn Xalidin evi, yanıb. Abbas ibn Nəccarın evi, yanıb. Faris ibn Əyyubun evi, yanıb. Yəhya ibn Əyyubun evi, yanıb. Nasir ibn Qutəybənin evi, yanıb. Zeyd ibn Həkimin evi, yanıb. Bilal ibn Munzirin evi, yanıb. Əbdülkərim ibn Rəşadın evi, yanıb. Həsən ibn Zübeyrin evi, yanıb.

— Yaxşı, yaxşı, kifayətdir. Biz bu barədə şəhər keşikçilərinə məlumat verməliyik. Siyahını təzminat idarəsinə verməmişdən əvvəl qarovul rəisinə çatdır, bəlkə onlar bu hadisədən baş açdılar.

– Ləbbeyk. — İbn Müqtədir dəftərxana rəisinin qabağında təzim edib Keşikçilər Sarayına yola düşdü.

Sarayın qabağında düzülmüş asayiş keşikçilərinin arasından keçib içəri daxil oldu. Onu qarşılayan məmurdan qarovul rəisi ilə görüş tələb edib, ona şəxsən təqdim etməli olduğu bir siyahı gətirdiyini dedi. Bir neçə dəqiqədən sonra artıq qarovul rəisinin hüzurunda idi. İbn Müqtədir bütün baş verənləri danışıb siyahını oxuyandan sonra qarovul rəisi özünü gülməkdən saxlaya bilmədi:

— Hə, sən siyahıya beş-on dənə, — üzünü ciddiləşdirib davam etdi — beş-on dənə dükanı yazmısan, sonra bir küçədən keçəndən sonra bütün evlər yanıb, hə? Gülməli əhvəlatdır. Amma baş açmıram ki, dəftərxana rəisinin səni bura göndərməkdə məqsədi nədir. Hə, maraqlı bir əhvalat eşitdim. Amma bunun bizə nə dəxli var? Bəlkə, keşikçiləri tənbeh edim, hə? Yoxsa yox? Əlbəttə yox! Get, İbn Müqtədir, get. Get siyahını Darül-Müsibətə təqdim et, yanğındır, nədir, bu işlə onlar məşğul olur, biz yox.

İbn Müqtədir Darül-Müsibətə yollanıb eyni qayda ilə əvvəlcə qarşısına çıxan məmurdan rüxsət istəyib daha sonra rəisin hüzuruna qalxdı.

— Dayan, dayan. Abbas ibn Nəccarın evini dedin? — rəis xidmətçilərdən birini yanına çağırdı — get bizim evə, oğluma de ki, qaynatan Abbasın evi yanıb, tez ol, tərpən.
İbn Müqtədir yanğının artıq söndürüldüyünü, narahatlığa bir əsas olmadığını deyəndən sonra Darül-Müsibətin rəisi xidmət məmurlarını hüzuruna çağırıb hamısını tənbeh etdi.

— Dəftərxana rəisinə elə bu cür də deyərsən, lap lazım olsa qazıya da deyərsən bütün gördüklərini. Özün gördün ki, mən bu fərsizlərə ağzımdan çıxanı dedim, gördün hə, İbn Müqtədir?

— Gördüm cənab rəis. Lakin, burda bir əmma var. Məsələ evlərin yanmağı yox, səbəbsiz yanmağıdır. Biz istəyirik ki, siz bu iş barədə bir əncam görəsiniz. Dəftərxana rəisi əvvəlcə məni qarovul rəisinin yanında göndərdi, o da öz növbəsində bura, sizin hüzurunuza.

— Bura bax, İbn Müqtədir. Biz beytül-maldan niyə muzd alırıq? Məsələn, sənin özünü götürək. Şamda baş verən hadisələri qeydə almaqda mükəlləfsən. Məhz buna görə sənə aylıq pul kəsilir. Bizə də pul kəsirlər, şəhərdə bir yanğın, ya da, nə bilim, bir hadisə baş verəndə onun qabağını almaq üçün. Biz ancaq bununla mükəlləfik. Yanğın daha sönübsə, bizim nəyimizə lazımdır onun səbəbi nədir? Özü də, səbəbsiz bir şey olmaz. Mütləq bir səbəbi var. Amma sən yenə də siyahıya görə sağ ol. Qudam Abbasın evinin yanmağından xəbərim yox idi, eh, bizim bu fərsizlər... Hə, indi nə edəcəksən? Siyahını deyirəm.

— Əmrə görə mən bu siyahını Təzminat İdarəsinə təqdim etməliyəm.

— Təzminat İdarəsinə?

— Bəli, Təzminat İdarəsinə. Valinin əmrinə əsasən mülkü yanan hər kəsə əlli qızıl veriləcək.

— Nə qədər? Əlli qızıl?

— Bəli, cənab rəis. Əlli qızıl dinar.

Rəis yerindən qalxıb otaqdakı hər kəsdən çıxmalarını tələb etdi. İbn Müqtədirlə tək qalmaq istəyirdi.

— Bura bax, İbn Müqtədir. Sən ki, dəftərxananın möhtərəm məmurlarından birisən, hətta mən deyərdim, ən zəhmətkeş məmurusan. Özü də mən fikirləşirəm ki, sən dəftərxana rəisliyinə layiq adamsan. Bilirsən də, Dövləti-Aliyyənin uca məqamları ilə necə münasibətim var?

— Bilirəm cənab rəis. — İbn Müqtədir başını tərpətdi.

—Hə, İbn Müqtədir, nə deyirsən? Bəlkə təzminat idarəsinə getməzdən əvvəl, hə? Özün başa düşdün də?

— Başa düşdüm, cənab rəis. — İbn Müqtədir qələmini mürəkkəbə batırıb dəftərə yazdı: Darül-Müsibətin rəisinin evi, yandı.

İbn Müqtədir binanı tərk edib gedəndə bir neçə nəfər qışqır-bağırla Darül-Müsibət binasına daxil oldu.

— Yandı, hər şey yandı! Tələf oldu, ev əhli tələf oldu!

İbn Müqtədir keşikçilərdən birinə yaxınlaşıb soruşdu:

— Nə baş verib?

— Darül-Müsibətin rəisinin evi yanıb. Evdəkilər ölüb. Bu vay-şivən salan da oğludur.

İbn Müqtədir bu xəbəri eşidəndən sonra Təzminat İdarəsinə getməyə tələsmədi. Ətrafda tanış adamlardan birinin evini axtarıb gizlicə onu siyahıya aldı, tinin başında gözlədi. Bir neçə saniyədən sonra evdən qara tüstü qalxdı.

— Bəlkə, öz evimizi də yazasan, hə? — İbn Müqtədirin arvadı dedi.

— Olmaz.

— Onda heç olmasa mətbəxi yaz. Onsuz da pis gündədir.

İbn Müqtədir dəftəri bağlayıb evin bir küncündə oturdu. Şahid olduğu hadisəni başqalarına necə izah edəcəyini bilmirdi. Hətta özü də müşahidə etdiyi şeydən əmin deyildi, baş verənlərin ard-arda üz vermiş təsadüflər olduğuna inanmaq üçün də çalışırdı. Həmin gün evdən çıxmadı, bu şeyləri düşünə-düşünə yuxuya getdi.

Şam şəhəri həmin gecə qəribə bir sakitliyə qərq oldu. Nə bazar yanır, nə də asayiş keşikçilərinin hay-küyü eşidilirdi. İtlər də həmin gecə ulaşmadı. Amma İbn Müqtədir gecənin bir aləmi yuxudan oyandı, evinin qapısı döyüldüyü üçün. Qapını açanda qarşısında üzünü örtmüş bir kişi gördü.

— Gecənin bu vaxtı? — İbn Müqtədir nəsə demək istədi, amma sözünün ardını gətirə bilmədi.

— Səid ibn Mizan — kişi yüngülcə təzim etdi.

— Niyə gəlmisən?

— Adım siyahıda yoxdur.

İbn Müqtədir bir addım geri çəkildi. Kişi bunu dəvət kimi başa düşdü, ya yox, bilinmədi. İçəri keçdi. Ayağında çarıq yox idi, sakitcə evin ortasında dayandı. İbn Müqtədirin arvadı pərdənin arxasından tamaşa edirdi. Kişi ona fikir vermədi.

— Sən siyahı tutan adamsan — dedi Səid ibn Mizan.

— Bəli, mən İbn Müqtədirəm, dəftərxana məmuru.

Kişi otağa göz gəzdirirdi, amma divarlardan asılmış paltarlara, ya da sandığa fikir vermirdi. Gözü ancaq mütəkkələrin yanında yığılmış dəftərlərdə idi.

— Siyahı burdadır?

— Siyahı artıq bağlanıb. — İbn Müqtədir dəftərlərin qabağına keçdi.

— Bu siyahının tərəzi olduğunu bilirsən?

— Mən ancaq yazıram, — İbn Müqtədir cavab verdi — baş verən hadisələri yazıram. Tərəzidən isə xəbərim yoxdur.

— Dəftərə yazılan yanır. Tərəzi budur.

Bu sözləri eşidən arvad diksindi, bu dəfə Səid ibn Mizan da dönüb pərdə tərəfə baxdı.

— Siyahıda iki nəfərin adı çatmır. — kişi əlavə etdi.

— Kimdir o iki nəfər?

— Biri qarşında dayanıb, yəni mən, Səid ibn Mizan.

— Bəs o biri?

— Bilmirəm. Bu gecə Şama onu axtarmağa gəlmişəm.

Bir anlıq sükut çökdü. Arvadın nəfəs səsləri eşidildi.

— Mən sübh vaxtı siyahını təzminat idarəsinə aparmalıyam — İbn Müqtədir sükutu pozdu.

— Tələsməyini tövsiyə etmirəm, cənab məmur. Siyahını tamamla, yoxsa... Gecəniz xeyrə qalsın. — kişi bunları deyəndən sonra çevrilib qapıya tərəf getdi, kandarı keçdi və gözdən itdi.

İbn Müqtədir sirli qonağın sözlərinə niyə qeyd-şərtsiz inandığını özü də bilmirdi, bəlkə də şahid olduğu hadisə haqqında qurduğu rabitə təsdiqləndiyinə görə inanmaqdan başqa çarəsi yox idi. Dərhal qələmini mürəkkəbə batırıb dəftərə yazdı: Səid ibn Mizanın evi, yandı.

Daha sonra evinin damına çıxıb şəhəri gözdən keçirdi. Heç yerdən tüstü qalxmırdı, qışqırıq səsi eşidilmirdi. Sanki Şam şəhərinin bütün evləri öz növbəsini gözləyirdi. Bu sükut İbn Müqtədirə siyahının hələ bitmədiyini xatırlatdı. Bir az da gözləyəndən sonra evə qayıtdı, əba-qəbasını geyinib dəftəri sinəsinə sıxdı, siyahını tamamlamaq üçün yola düşdü.

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi Xalq yazıçısı Anardan yeni kitab: "Qatardan qalan adam" "Xarici yazıçıların əsərlərinin imitasiyası var, müəllifin təcrübəsizliyi ciddi hiss olunur" - Hekayə müzakirəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:39
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Dekabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see364

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see249

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri