İbrahim Kalın: Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyada ikiqütblülük çoxqütblülüklə əvəzlənir.
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Almaniyada Münxen Təhlükəsizlik Konfransında çıxışında deyib.
O bildirib ki, belə bir vəziyyətdə Türkiyə kəşfiyyatı işini sürətlə davam etdirir: “Terrorla mübarizə, qanunsuz miqrasiya, kibertəhlükəsizlik kimi sahələrdə də işlərimizi davam etdiririk”.
İ. Kalın qeyd edib ki, həm Yaxın Şərqdə baş verən hadisələr, həm də Rusiya – Ukrayna müharibəsi Türkiyəyə birbaşa təsir edir: “Dünya iqtisadiyyatının nizama düşməsi üçün sülh vacibdir. Bu mənada Rusiya – Ukrayna savaşına danışıqlar yolu ilə son qoyulmalıdır”.
Türkiyə kəşfiyyatının başçısı həmçinin Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyinə diqqət çəkib: “Regionda İŞİD və PKK kimi terror təşkilatlarının mövcudluğuna icazə verilməməlidir”.
Baxış sayı:87
Bu xəbər 15 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















