Icma.az
close
up
RU
İbrahim razılaşması: aşkar və gizli məqamlar

İbrahim razılaşması: aşkar və gizli məqamlar

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son vaxtlar qlobal mediada İbrahim razılaşması mövzusu yenidən gündəmə gəlib. Bu sazişə yeni ölkələrin qoşula biləcəyi haqqında müəyyən ehtimallar da səsləndirilir. Bunun baş verib-verməyəcəyini indidən demək çətindir. Məqsədimiz Yaxın Şərqdəki proseslərə ciddi təsir göstərən razılaşmanın yaranma səbəbləri və regional siyasətə təsirləri barədə oxuculara məlumat verməkdir.

Dərhal qeyd etmək istərdik ki, İbrahim Razılaşması 2020-2021-ci illər ərzində İsrail dövləti ilə bir çox ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması niyyəti ilə imzalanıb. Sənədin adı yəhudi, xristian və İslam dinlərinin səmavi kitablarında adı dərin hörmət və ehtiram ilə çəkilən İbrahim (ə.s) peyğəmbərin mübarək ismindən götürülüb.

Razılaşma ABŞ Prezidenti Donald Trampın Ağ evdə 1-ci dönəmindəki administrasiyasının gərgin səyləri sayəsində mümkün olub. İsrailin ABŞ-ın tövsiyəsi ilə İordan çayının Qərb sahilindəki torpaqlara (fələstinlilər bu ərazini özlərinin tarixi vətənləri hesab edirlər – müəllif) olan iddialarını qeyri-müəyyən müddətə təxirə salması, regionda nüvə silahına malik olmağa can atan İranın qonşu dövlətlərə artan təhdidləri, eləcə də ABŞ-ın bir çox ərəb ölkələrinə vəd etdiyi maliyyə və hərbi yardımlar və s. amillər sazişin hazırlanması və imzalanması prosesinin sürətlənməsinə səbəb olub.

Bir daha vurğulayaq ki, İbrahim Razılaşmasının reallaşması üçün Vaşinqton gərgin diplomatik səylər ortaya qoymuşdur. Bu mühüm missiyanın icrasına məsul olan şəxslər – Trampın müşaviri, böyük qızı İvankanın həyat yoldaşı Cared Kuşner, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt, eləcə də bu ölkənin İsraildəki səfiri Devid Fridman danışıqların aparılması və uğurla başa çatması istiqamətində əllərindən gələni etmişlər.

Yeri gəlmişkən, ABŞ mediası bu prosesə güclü informasiya dəstəyi vermişdir. İsrailin İordan çayının Qərb sahilindəki ərazilərə iddialarından “əl çəkməsi” bir çox ərəb dövlətlərinin, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Təl-Əvivə qarşı əvvəlki onillər boyu tutduğu kəskin düşmənçilik mövqelərini yumşaltmışdı. Digər bir amil isə, bir qədər əvvəl qeyd etdiyimiz kimi, İsrailin və bir çox ərəb dövlətlərinin İrandan qaynaqlanan təhlükə qarşısında birgə təhlükəsizlik tədbirlərinə əl atmağa məcbur olmaları idi.

O biri tərəfdən Vaşinqton razılaşmaya qoşulan ərəb dövlətlərini səxavətlə mükafatlandırmağı vəd etmişdi. Ağ ev o vaxta qədər tarixdə analoqu olmayan bir tərzdə BƏƏ-yə “F-35”lər də daxil olmaqla, böyük həcmdə ən modern silahlar satmağa razılaşdı. Vaşinqton, həmçinin Mərakeş Krallığının Qərbi Saxarada mübahisəli ərazilərə hüququnu tanıdı, Sudanı terrorçu dövlətlərin siyahısından çıxardı və Dünya Bankına olan borclarını ödəmək üşün bu ölkəyə 1,2 milyard dollarlıq güzəştli kredit ayırdı.

İbrahim Razılaşmasının ilk sənədi İsraillə BƏƏ və İsraillə Bəhreyn dövlətləri arasında 2020-ci ilin 15 sentyabrında imzalandı. Sənədi Prezident D.Trampın iştirakı ilə İsrailin Baş naziri Benyamin Netanyahu, BƏƏ və Bəhreynin xarici işlər nazirləri imzaladılar. Amerikalı jurnalistlər dərhal bu sənədi “Əsrin sazişi” adlandırdılar.

Bu, həqiqətən D.Tramp administrasiysının aktivinə yazılan böyük diplomatik uğur hesab edilirdi. Burada ən çox qazanan tərəf isə İsrail hesab olunurdu. Belə ki, Təl-Əvivin ilk dəfə BƏƏ və Bəhreynlə diplomatik əlaqələr qurması 1994-cü ildə İsraillə İordaniya arasında bağlanan məlum sülh sazişindən sonra ərəb-İsrail münasibətlərinin normallaşdırılması istiqamətində ilk uğurlu presedent idi.

22 dekabr 2020-ci ildə razılaşmaya Mərakeş də qoşuldu. Təxminən bir ildən sonra, yəni 2021-ci ilin 24 noyabrında İsrailin müdafiə naziri Beni Hans mərakeşli həmkarı ilə birlikdə Rabatda iki ölkə arasında milli təhlükəsizlik sahəsində anlaşma memorandumu imzaladı. Bu, İsrail tərəfindən milli təhlükəsizlik sahəsində ərəb dövlətləri ilə bağlanan ilk hərbi müqavilə idi.

2021-ci ilin yanvarın 6-da Sudan da İbrahim Razılaşmasına cəlb olundu. Paytaxt Xartumda ABŞ-ın maliyyə naziri Stiven Muniçin iştirakı ilə Sudan İsraillə hərtərəfli əlaqələrin qurulması ilə əlaqədar sənəd imzaladı. Həmin ilin aprelində Sudan parlamenti vaxtilə yekdilliklə qəbul etdiyi İsraillə hər hansı bir əlaqələrin olmasını qadağan edən qanunu ləğv etdi. Lakin BƏƏ və Bəhreyndən fərqli olaraq, Sudan İsraillə sülh sazişini hələ də imzalamayıb.

Dünyanın İbrahim Razılamasına münasibəti birmənalı deyildi. Bu gün də onu ədalətli hesab edənlər olduğu kimi, əksinə, neqativ sənəd adlandıranlar az deyil. Məsələn, Avropa İttifaqı və Böyük Britaniya sülh razılaşmasını alqışladılar. Lakin Fələstin-İsrail münaqişəsinin ədalətli həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə uyğun olaraq “iki dövlət” prinsipinə bundan sonra da sadiq qalacaqlarını bir daha bəyan etdilər.

İran rəsmiləri İsraillə əlaqələr yaradan ərəb dövlətləri rəhbərlərini kəskin tənqid edərək, bunu “Fələstin xalqının kürəyinə sancılmış xəncər” adlandırdılar. Türkiyə hökuməti razılaşmaya etiraz əlaməti olaraq BƏƏ rəhbərliyini Dubaydakı səfirliyini bağlamaqla hədələdi. Ankara bu gün də hesab edir ki, nə qədər, fələstin xalqının öz tarixi ərazilərində müstəqil dövləti yaradılmayıb, bu iki xalq arasında düşmənçilik davam edəcək.

Amma bir çox ərəb dövlətləri razılaşmaya rəsmi münasibət bildirməkdən çəkindilər. Onlardan bəziləri (Əlcəzair, Tunis, Liviya və Qətər) sazişin Fələstin probleminin həllinə müsbət təsir etmədiyini, əksinə, xalqlar arasında milli nifrət və qarşıdurmalara rəvac verdiyini bildirdilər. Ən kəskin reaksiya isə Fələstindən gəldi. Belə ki, Fələstin administrasiyası 2020-ci ilin 15 sentyabrını Fələsin xalqının tarixində “qara gün” kimi səciyyələndirdi. Fələstin ilə BƏƏ dövləti arasındakı münasibətlər isə kəskin pisləşdi. Fələstinin ali müftisi BƏƏ-dən olan ziyarətçilərin Qüdsdəki müqəddəs “Əl-Əqsa” məscidini ziyarət etmələrinə qadağa qoydu. HƏMAS qruplaşması, öz növbəsində sözügedən sənədi fələstinlilərə qarşı xəyanət adlandırdı.

Ədalət naminə demək lazımdır ki, İbrahim Razılaşması, bütövlükdə, regionda sabitliyin güclənməsinə müsbət təsir göstərdi. Xüsusilə sazişə imza atan ölkələr arasında iqtisadi və ticari əlaqələr genişləndi. Üstəlik, İsraillə bir çox ərəb dövlətləri arasında müdafiə, kibernetika sahələrində əməkdaşlıq gücləndi. Məsələn, hazırda İsrail Mərakeşin əsas silah tədarükçüsünə çevrilib.

Bütün hallarda İbrahim Razılaşması Yaxın Şərqin siyasi və iqtisadi həyatına yeni dinamizm gətirdi. Konkret misal çəkməli olsaq, demək olar ki, təkcə 2024-cü ildə İsrail ilə razılaşmanı imzalayan ölkələr arasında əmtəə dövriyyəsi 4 milyard dollara çatmışdır. Əlamətdar haldır ki, regionda turizmin inkişafı daha da sürətlənib. Yeri gəlmişkən, ötən il BƏƏ-ni yarım milyon çox israilli turist ziyarət edib.

2021-ci ildə Ağ evdə Trampı əvəz edən Prezident Co Baydenin komandası isə sözdə İbrahim Razılaşmasına qarşı çıxmasa da, bütövlükdə, ərəb dövlətlərinin İsraillə əlaqələrinin güclənməsi prosesinə kifayət qədər siyasi və diplomatik dəstək vermədi. Vaşinqton–Təl-Əviv münasibətlərində uzun müddət gərginliklər yaşandı. İsrail ümid edir ki, Trampın Ağ evə qayıdışı ilə İbrahim Razılaşması üzrə planlar yenidən aktuallaşacaq.

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 May 2025 01:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri