Icma.az
close
up
RU
Messi Argentina yığmasına yük olmaq istəmir

Messi Argentina yığmasına yük olmaq istəmir

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“İnter Mayami”nin hücumçusu Lionel Messinin “Sport.es” nəşrinə verdiyi müsahibə nostalji xarakterli olub.
"Football-plus.az" xəbər verir ki, agentinalı ABŞ-də özünü yaxşı hiss etməsinə baxmayaraq, “Barselona” üçün çox darıxdığını gizlətməyib. Həmçinin Kriştiano Ronaldonun ardından Messi də DÇ-2026-da iştirak imkanını şərh edib.
Xatırladaq ki, Leo noyabrın 10-da qəfil İspaniyaya baş çəkməklə sürpriz etmişdi. O, “Kamp Nou”ya baş çəkərək bir neçə şəkil də paylaşmışdı. Leonun İspaniyada görünməsi günlərlə müzakirə olundu. Onun belə bir etirafı da maraqlı idi: “Barselona üçün çox darıxırıq, ailəmlə birgə daim bu şəhəri xatırlayıram, burdakı həyatdan danışırıq, dönməyi arzulayırıq”.
38 yaşlı argentinalının dediyinə görə, İspniyadan ona çatan hər şey nostalji doğurur. Onun karyerasının ən xoşbəxt anlar – Qvardiola ilə “sekstet” və Luis Enrike ilə Çempionlar Liqasında qələbə məhz “Barselona” ilə bağlıdı.
Amma Messi “Barsa”dan gediş formasından narazıdı, onun təsəvvüründə hər şey fərqli olmalıydı: “Qəribə hisslərim var. Pandemiya üzündən son ilimdə azarkeşlər önündə oynaya bilmədim. Orda bütün karyeramı keçirdim, ancaq arzuladığım kimi ayrılmadım. Avropa karyeramı məhz “Barsa”da bitirmək, ardından ABŞ-yə getmək istəyirdim. Ancaq hər şey başqa cür oldu – ağır şəkildə vidalaşdım”.
Leo “Barsa”da keçirdiyi vaxta görə taleyinə minnətdardı. Hələ də bu komandanın oyunlarını izləyir, dostları ilə müzakirə edir. PSJ-də çıxış etdiyi dövrü xatırlayan argentinalı bildirib ki, onda “öz qabında olmayıb”: “Hər şey yazıldığı qədər pis deyildi. Mən orda ağır olduğunu deyəndə hansısa əzab-əziyyəti nəzərdə tutmurdum, sadəcə, özümdə deyildim. Oyunlardan, məşqlərdən, gündəlik rutindən məmnunluq duymurdum. Ancaq ailəmlə birgə orda yaxşı vaxt keçirdim. Paris möhtəşəm şəhərdi”.
Leonun dediyinə görə, Mayamidə işləri daha yaxşı gedib: “ABŞ-də hər gündən ləzzət alırıq. Burda hər şey sadədi, təzyiq azdı, daim qalib gəlmək öhdəliyi yoxdu, hərçənd, əlbəttə, qələbələr qazanırıq. Atmosfer bir qədər fərqlidi, ailə, uşaqlar ilə daha çox vaxt keçirmək mümkündü. Əvvəllər nəticə əhval-ruhiyyəmi müəyyənləşdirirdi, indi isə sakitəm – evə rahat, yaxşı ovqatda qayıdıram”.
Messi karyerasının MLS-də keçən axarından razıdı. Fiziki cəhətdən özünü yaxşı hiss edir, oyundan ləzzət alır. Yeganə çatışmazlıq komanda yoldaşları Jordi Alba ilə Serxio Busketsin karyerasını bitirməyə qərar verməsidi: “Busketslə çoxdan bu haqda danışırdıq – o, karyerasını bitirməyi düşünürdü. Alba isə bu qərarını əvvəlcədən xəbərdarlıq etmədən, birbaşa paltardəyişmə otağında açıqladı. Ancaq mən anlayıram – hamımız eyni nəsildənik, vaxt gedir. Son illəri həm Barselonada, həm də burda birgə keçirməyimiz xoş oldu”.
DÇ-2022-nin qalibi Argentina yığmasına yük olmaq istədiyini deməklə fanatlarını sarsıdıb. Leo milli komandada keçirdiyi 195 oyunda 114 qol vurub. Ancaq DÇ-2026-da oynayıb-oynamayacağına hələ də əmin deyil: “Yük olmaq istəmirəm. Özümü yaxşı formada olan futbolçu kimi hiss etmək, komandaya yardım edə biləcəyimə əmin olmaq istəyirəm. MLS mövsümü Avropadakı ilə üst-üstə düşmür. Bu üzdən turnir ərəfəsindəki vəziyyətə baxandan sonra qərar verəcəyəm”.
Yeri gəlmişkən, Messinin “Kamp Nou”ya yazının əvvəlində xatırlatdığımız səfəri “Barselona”nın prezidenti Xuan Laportanı qəzəbləndirib. “Mundo Deportivo” bununla bağlı maraqlı yazı paylaşıb. Bu nəşrin iddiasına görə, Laporta Messinin “Barsa”nın stadionuna səfərindən xəbərdar olmayıb, ona giriş icazəsi verməyib. Klub prezidenti məhz kimlərin Leonu “Kamp Nou”ya buraxdığını daxili təhqiqat əsasında müəyyənləşdirmək və onları cəzalandırmaq niyyətindədi.
“Mundo Deportivo” qeyd edir ki, Laporta klubdaxili göstərişlərin sözsüz-söhbətsiz yerinə yetirilməsində israrlıdı. Prezidentin fikrincə, Messi klubun icazəsi və məsləhəti olmadan stadiona baş çəkməməliydi, əfsanə statusuna baxmayaraq.
Doğrudan da, Leonun səfəri çox səs-küy doğurub – argentinalı hazırda yenidənqurma mərhələsində olan “Kamp Nou”ya noyabrın 10-u, axşam saatlarında baş çəkib. Və dərhal da sosial şəbəkə hesabında şəkillər paylaşıb. Sonrada məlum olub ki, Messi bu ziyarəti klubla razılaşdırmayıb, sadəcə, personala onu içəri buraxmaq xahişi ilə üz tutub. Arenada çalışanlar isə heç bir problem çıxarmadan klubun əfsanəsinə qapını açıblar. Leo sosial şəbəkə hesabında yenidən “Barsa”da oynamaq arzusunu da açıqlayıb: “Dünən axşam bütün qəlbim ilə darıxdığım yerə döndüm. O yerə ki, inanılmaz dərəcədə xoşbəxt idim, sizlər məni minlərlə dəfə dünyanın ən xoşbəxt adamı olmağı hiss etməyə məcbur etmişdiz. Günlərin birində dönə biləcəyimə ümid edirəm, həm də təkcə gözəl vidalaşmağa görə yox – bunu da edə bilməmişdim”.
İspaniyada çoxları belə düşünür ki, Leo bu paylaşımla mümkün dönüşünü və ya hətta gələn ilin yazında keçiriləcək prezident seçkisində iştirakını anons edir. Son variant tam realdı. ABC-nin yaxınlarda yaydığı xəbərə inansaq, Messi seçkidə gərgin münasibətdə olduğu Laportanın rəqiblərindən birini dəstəkləyə bilər. “Barselona”ya futbolçu kimi dönüşü isə istisna olunur - ən azı indiki prezidentin vaxtında. Laporta özü də Leonun arenanı ziyarət etməsinə toxunub: “Messi “Kamp Nou”da? Bundan xəbərim yox idi. Düşünürəm ki, çox gözəl impulsdu. “Barselona”ya görə spontan qürur aktıdı. Bura onun evidi. Münasibətlərimiz yaxşıdı. Ona heç bir mesaj göndərməmişəm. Leonu burda sevirik. Bura onun evidi, bunu bilir. Həmişə demişik ki, ən yaxşı şəkildə qarşılanmalıdı. Düşünürəm ki, günlərin birində bu baş verəcək və möhtəşəm olacaq. Ancaq Leonun “Barselona”ya oyunçu kimi dönüşündən danışmaq qeyri-realdı”.
Messi ilə bağlı hadisələrin axarını gözləmək çox maraqlıdı. Bəlkə də onun kluba dönüşü ilə bağlı qərarı artıq başqa prezident verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Noyabr 2025 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri