“Konteni yaxından tanıyıram, diqqətsiz olduğunu görməmişəm” Qurban Qurbanov
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Çox gözəl bir şəhərdəyik və böyük tarixə malik kluba qarşı oyun bizi gözləyir”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İtaliyada “Napoli” ilə keçiriləcək UEFA Çempionlar Liqasının 5 tur matçından öncə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, komandasını çox böyük bir məşqçinin komandasına qarşı oyun gözləyir:
“Bilirik ki, “Napoli” turnir cədvəlində istəyəcək ki, öz yerini daha yaxşılaşdırsın. Ona görə çox yaxşı hazırlaşırlar. Ümumiyyətlə, cənab Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm. Onu yaxından tanıyıram. Biz pis hazırlaşmamışıq və çox istərdik ki, öz nizam-intizamımızı qoruyub saxlayaq, dinamik futbol oynayaq”.
Baxış sayı:81
Bu xəbər 24 Noyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















