İbrahim Tatlısesin keçmiş arvadı siyasətçi oldu VİDEO
Icma.az, Lent az portalına istinadən məlumat verir.
Türkiyəli müğənni İbrahim Tatlısesin keçmiş həyat yoldaşı Ayşegül Yıldız siyasətə qoşulub.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, Ayşegül Yıldız Milliyetçi Hareket Partiyasına (MHP) qoşulub.
A.Yıldız MHP sədri Devlet Bahçeli ilə də görüşüb. O, qərarını sosial şəbəkə hesabında paylaşdığı video ilə ictimaiyyətə çatdırıb.
Ayşegül Yıldız paylaşımında Devlet Bahçelinin parlamentdəki çıxışını tarixi və üfüq açan müraciət kimi dəyərləndirib.
A.Yıldız görüşdən sonra partiya lideri ilə salamlaşdığını və onun xeyir-duasını aldığını da qeyd edib.
Qeyd edək ki, keçmiş model və televiziya siması olan Ayşegül Yıldız 2011-2013-cü illərdə İbrahim Tatlısəslə evli olub. Boşandıqdan sonra əsasən ictimaiyyətin diqqətindən uzaq həyat sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 05 İyun 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















