İbrahim Uzunca: Bütün gücümüzü çempionata sərf edəcəyik
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Ağır oyun keçdi. Hər iki komanda növbəti mərhələyə adlamaq istəyirdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi" klubunun baş məşqçisi İbrahim Uzunca deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Difai" ilə matçı şərh edib:
"İlk hissədə 1:0 öndə idik. Bundan sonra "Difai" bütün riskləri gözə aldı. Öz mövqe səhvlərimizdən iki qol buraxdıq. Bundan sonra çempionat matçlarına köklənəcəyik. Qarşıda "Şəmkir"lə oyunumuz var. Hədəfimiz olan çempionluğa üçün var gücümüzlə çalışacağıq. Futbolçularıma yaxşı oyuna görə təşəkkür edirəm. Rəqib komandanı isə təbrik edirəm. Dediyim kimi, bütün gücümüzü çempionata sərf edəcəyik".
Qeyd edək ki, "Xankəndi" - "Difai" matçı 1:2 hesabı ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 30 Oktyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















