İbtiadi siniflərdə qiymətləndirmə ləğv olunsun
Icma.az, 525.az saytına istinadən bildirir.
“İbtidai siniflər şagirdin məktəbə adaptasiya dövrüdür. Bu mərhələdə əsas məqsəd uşağın öyrənməyə marağını artırmaq, özünüifadəsini inkişaf etdirmək və dərsə qarşı müsbət münasibət formalaşdırmaqdır. Ənənəvi qiymətləndirmə sistemi - xüsusilə rəqəmsal və ya hərfi qiymətlər - uşaqda stress, müqayisə, rəqabət hissi yaradır ki, bu da öyrənmə həvəsini azalda bilər. Ona görə də ibtiadi siniflərdə ümumiyyətlə, qiymətləndirmə ləğv olunmalıdır. Bu beynəlxalq təcrübədə, təhsilin inkişaf etdiyi ölkələrdə də var. İbtidai siniflərdə biz daha çox bacarıqlara köklənməliyik”.
Bunu təhsil eksperti Elşən Qafarov 525.az-a deyib. O bildirib ki, təcrübələr göstərir ki, ibtidai təhsildə formativ qiymətləndirmə daha faydalıdır. Yəni uşağın uğurları qeyd olunur, çatışmayan cəhətləri isə izah edilərək inkişaf etdirilir. Belə yanaşma uşağın həm akademik, həm də psixoloji inkişafını dəstəkləyir:
“Buna görə də hesab edirəm ki, ibtidai siniflərdə rəqəmsal qiymətləndirmə sistemi ləğv olunmalı, əvəzində təkmilləşdirilmiş, motivasiyaedici və şərh əsaslı qiymətləndirmə mexanizmləri tətbiq olunmalıdır. Uşağa qiymət yox, inkişaf fürsəti verilməlidir”.
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 20 Avqust 2025 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















