Icma.az
close
up
RU
İbtidai təhsildə yaranan boşluqlar spiral kimi yuxarı siniflərə ötürülür  RƏY

İbtidai təhsildə yaranan boşluqlar spiral kimi yuxarı siniflərə ötürülür  RƏY

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycanda ibtidai müəllimlərinin hazırlıq səviyyəsində məktəblər arasında kəskin fərqlilik var

Problemin həlli üçün atılacaq addımlar struktur dəyişiklik tələb edir

Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir.

Bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

“Biz keyfiyyətli təhsil istəyiriksə, müəllimdən də yüksək standart tələb etməliyik. Biz təhsillə bağlı gözləntilərimizi qaldırmalıyıq. Bu standartlar tədricən xüsusilə ali təhsil sahəsində artacaq. İbtidai təhsili düzəltmədən orta təhsili, tam orta təhsili, ali təhsili düzəltmək mümkün deyil. Təxminən 40-50 % uşaq ibtidai təhsildən sonra təhsilini davam etdirməyə çətinlik çəkir. Düz yol budur. Burada qısa yollara gedib görüntülü layihələr etməkdənsə, ibtidai təhsili düzəltməliyik. Burada iki amil var: müəllim və ev, ailə”, - deyə nazir qeyd edib.

Elm və təhsil eksperti Kamran Əsədov Sherg.az-a deyib ki, ibtidai təhsildən sonra uşaqların 40–50 %-nin təhsilini davam etdirməkdə çətinlik çəkməsi təhsil sistemində illərlə dərinləşmiş struktur problemlərin ən real göstəricisidir:

"Bu rəqəm ayrı-ayrı məktəblərin deyil, bütöv sistemin nəticələrindəki bərabərsizliklərin, pedaqoji hazırlığın qeyri-bərabərliyinin və ailə mühitinin təsirinin toplanmış formasını nümayiş etdirir. Bu göstərici DİM-in monitorinqləri, TIMSS və PIRLS tədqiqatları, regionlar üzrə nəticə fərqləri ilə üst-üstə düşür. IV sinif oxu bacarıqlarında məktəblər arasında fərq 3 dəfəyə qədər yüksəlir; oxu-anlaması zəif olan şagirdlərin 72 %-i VI sinifdə riyaziyyat üzrə minimum tələblərə çata bilmir; kənd bölgələrində oxu nəticələri şəhərdən orta hesabla 22–28 % aşağıdır. Bu statistika göstərir ki, ibtidai təhsildə yaranan boşluqlar spiral kimi yuxarı siniflərə ötürülür və sistemin bütöv keyfiyyətini müəyyənləşdirir. “Təhsil haqqında” Qanunun 14.2-ci maddəsi ibtidai təhsilin əsas vəzifələrini açıq şəkildə göstərir: oxu-anlama, məntiqi düşünmə, nitq inkişafı, emosional-sosial bacarıqlar və tədrisə davametmə bacarığı. Bu maddədə qeyd olunan nəticələr olmadan orta və tam orta təhsildə heç bir kurikulum, imtahan və ya metodika dəyişimi real nəticə vermir. Emin Əmrullayevin “ibtidai təhsili düzəltmədən orta və ali təhsili düzəltmək mümkün deyil” fikri məhz qanunun mahiyyəti ilə üst-üstə düşür və təhsil sisteminə diaqnozun ən düzgün qoyulduğunu göstərir".

Ekspert əlavə edib ki, nazirin “qısa yol yoxdur, görüntülü layihələr deyil, əsas problem ibtidai mərhələdədir” yanaşması həm də beynəlxalq təcrübənin dəyişməz qanunauyğunluğudur:

"OECD, UNESCO və Dünya Bankının 15-dən çox ölkə üzrə uzunmüddətli tədqiqatları sübut edir ki, təhsildə ən yüksək gəlir gətirən investisiya məhz ibtidai mərhələyə qoyulan sərmayədir. Estoniya PISA-da Avropanın birinci yeri üçün bütün transformasiyanı ibtidai siniflərin gücləndirilməsindən başladı; Finlandiya ibtidai müəllim hazırlığını magistratura səviyyəsinə qaldırmaqla 20 il ərzində nəticələri sabitləşdirdi; Sinqapur ibtidai mərhələyə ən yaxşı müəllimləri cəlb etməklə yüksək nəticə əldə etdi. Bu müqayisələr göstərir ki, ibtidai mərhələdə boşluq varsa, sistemin yuxarı mərhələlərində keyfiyyət artımı baş vermir. Nazirin vurğuladığı “iki amil – müəllim və ailə” yanaşması elmi baxımdan ən dəqiq çərçivədir. Dünyada aparılan araşdırmalara görə, ibtidai nəticələrə təsirin 60 %-i müəllimin peşəkarlığı, 30 %-i ailə mühiti, 10 %-i isə dərslik və infrastruktura bağlıdır. Azərbaycanda ibtidai müəllimlərinin hazırlıq səviyyəsində məktəblər arasında kəskin fərqlilik var; bəzi rayonlarda şagird–müəllim nisbəti zəifləyir; ailələrin təhsilə dəstəyi isə sosial-iqtisadi fərqlərə görə müxtəlifdir. “Ümumi Təhsil haqqında” Qanunun 5.4-cü maddəsi dövlətin təhsildə bərabər imkan yaratmaq öhdəliyini müəyyənləşdirir və bu öhdəlik məhz ibtidai pillədə icra olunmalıdır".

Kamran Əsədov vurğulayıb ki, problemin həlli üçün atılacaq addımlar struktur dəyişiklik tələb edir:

"İlk olaraq ibtidai müəllim hazırlığı ciddi şəkildə gücləndirilməlidir. Müəllim hazırlığında mentorluq sistemi, praktik yönümlü təlim, məktəbdaxili metodik dəstək və davamlı qiymətləndirmə tətbiq olunmalıdır. Estoniya modelində ibtidai müəllimlər magistr hazırlığı ilə məktəbə gəlir və ilk 2 il mentor yanında çalışır. Bu model nəticələrin yüksəlməsində həlledici rol oynayıb. Azərbaycanda bu istiqamətdə artıq addımlar atılır və Elm və Təhsil Nazirliyinin müəllim hazırlığını gücləndirməsi müsbət islahat kimi qiymətləndirilir. İkincisi, oxu-anlama və riyazi savadlılıq üzrə xüsusi dövlət proqramı tətbiq edilməlidir. Finlandiyada ibtidai mərhələdə oxu bacarıqları üçün həftədə 7–8 saat ayrılır; Türkiyədə “ilk oxu–ilk yazı” proqramı nəticələri 2018–2023 arasında 12 bal yüksəldib; Gürcüstan ibtidai səviyyədə riyazi savadlılıq üçün əlavə məzmun tətbiq etməklə TIMSS nəticələrini 20 bal artırıb. Azərbaycanda da oxu-anlamanın sistemli gücləndirilməsi 40–50 %-lik itkinin azalmasında əsas rol oynayacaq. Üçüncüsü, ailələrin təhsilə cəlb olunması mexanizmi genişləndirilməlidir. Qanunda valideynin təhsildə məsuliyyət daşıdığı qeyd olunsa da, faktiki olaraq bu məsuliyyət bərabər şəkildə icra olunmur. Valideynlərə dəstək proqramları, məktəb–ailə əməkdaşlığının rəqəmsal modelləri, valideyn təhsili modulları ibtidai keyfiyyətin yüksəlməsinə güclü təsir göstərə bilər. Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi problemi açıq şəkildə etiraf edir və islahatın başlanğıc nöqtəsini məhz ibtidai pillədə müəyyən edir. Bu, strateji baxımdan ən düzgün addımdır. Nazirliyin son illərdə ibtidai müəllimlərin hazırlığı, resurs təminatı, metodik dəstək və qiymətləndirmə üzrə addımları təhsilin keyfiyyət əsaslı idarə edilməsinə keçidin nümunəsidir. İbtidai mərhələyə resurs, diqqət və standart ötürüləcək; dəyişməli olan isə müəllim hazırlığının keyfiyyəti, məktəblər arasında resurs fərqlərinin azaldılması, oxu və riyazi savadlılıq üzrə milli proqramların tətbiqi və ailələrin prosesə sistemli qoşulmasıdır. Bu istiqamətdə nazirliyin yanaşması həm elmi, həm qanuni, həm də beynəlxalq təcrübəyə uyğun olaraq təqdirəlayiq və əsaslandırılmışdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see181

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see173

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see168

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see164

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see142

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see135

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see131

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see129

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see127

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri