Icma.az
close
up
RU
İbtidai zəkanın İzi: neandertallar sümükdən necə yağ çıxarırdılar?

İbtidai zəkanın İzi: neandertallar sümükdən necə yağ çıxarırdılar?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyada aparılan arxeoloji qazıntılar neandertalların mürəkkəb qidalanma strategiyalarından istifadə etdiyini üzə çıxarıb. Qazıntılar zamanı aşkar edilmiş minlərlə sümük fraqmenti bu qədim insanların böyük məməlilərin — atların, öküzlərin və maralların — sümüklərindən yağ çıxartmaq üçün onları sistemli şəkildə parçalayaraq odda qızdırdıqlarını göstərir.

Tədqiqat Almaniyanın Saksoniya-Anhalt federal torpağında yerləşən təbii Neumark-Nord landşaftında aparılıb. Qazıntı sahəsində — qədimdə dayaz göl sahili olan 50 kvadratmetrlik NN2/2B adlı ərazidə — 118 mindən çox sümük fraqmenti aşkarlanıb. Əldə olunan materialların əksəriyyəti üç santimetrdən kiçik ölçüdə olub.

Arxeoloqların bildirdiyinə görə, fraqmentlər azı 172 iri məməliyə — 56 ata, 45 öküzə (Bos primigenius) və 54 marala məxsusdur. Sümüklərin təxminən yarısında kəsik, qopartma və zərbə izləri qeydə alınıb ki, bu da ət parçalanması, ilik və sümükarası yağların çıxarılmasına dair klassik əlamətlərdir. Tədqiqatçılar qeyd edirlər ki, bu proses zamanı ağır daş alətlərdən — örs və zərb alətlərindən istifadə olunub, tapılmış kömür parçaları və yanmış sümük qalıqları isə odun tətbiqinə işarə edir.

Alimlər belə qənaətə gəliblər ki, neandertallar burada sümük yağı hazırlamaq üçün indiyədək yalnız son paleolit və sonrakı dövrlərə aid sayılan texnikalardan istifadə ediblər. Məlum olub ki, düşərgəyə bütöv heyvan cəsədləri deyil, daha çox yağ ehtiva edən bədən hissələri gətirilirdi. Bu fakt neandertalların əvvəlcədən planlaşdırma qabiliyyətinə və müxtəlif bədən hissələrinin qidalanma baxımından dəyərini bildiklərinə dəlalət edir.

Tədqiqat müəlliflərindən biri, Almaniyadakı Leybnits Arxeologiya Mərkəzindən Luts Kindlerin rəhbərliyi ilə həyata keçirilmiş bu araşdırma göstərir ki, neandertallar yalnız ovçular deyildilər — onlar həm də toplayıcı, saxlama və emal edən cəmiyyət nümunəsi göstərirdilər. Görünür, onlar yağlı sümük hissələrini əvvəlcədən yığıb, göl kənarında yerləşən müvəqqəti sığınacaqlarda saxlayır, sonra isə odda qızdıraraq və bəlkə də qaynadaraq yağ çıxarırdılar.

Birbaşa qaynatma faktı aşkarlanmasa da, yanmış alətlər, kömür və termik dəyişikliklər bu ehtimalı gücləndirir. Sümüklər üzərində aparılan analizlər ovun ilboyu davam etdiyini də göstərib. Həmçinin ayı və canavarlara aid sümüklərdəki kəsik izləri yalnız ətin deyil, dərilərin də istifadə olunduğunu göstərir.

Bu kəşf neandertallar haqqında təsəvvürlərə yenidən baxmağa əsas verir. Görünür, onlar min illər əvvəl, əkinçiliyin formalaşmasından xeyli əvvəl, mürəkkəb qida emalı və saxlama texnologiyalarına yiyələnmişdilər. Qədim insanların bu bacarıqları onların təkcə sağ qalmaq yox, həm də qida ehtiyatlarını planlı şəkildə idarə etmək qabiliyyətini ortaya qoyur.

S.ELAY

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri