Icma.az
close
up
RU
İCBARİ SIĞORTA HAQQI MÜƏMMASI... Faktiki işsizlərlə qeyri formal işləyənlər necə fərqləndiriləcək?

İCBARİ SIĞORTA HAQQI MÜƏMMASI... Faktiki işsizlərlə qeyri formal işləyənlər necə fərqləndiriləcək?

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Maliyyə naziri Sahil Babayev Milli Məclisdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı icbari tibbi sığortanın (İTS) tətbiqi ilə bağlı vacib bir məqama toxunub. Nazir bildirib ki, bu sistemdə ödənişdən kənarda qalan yeganə qrup qeyri-formal (qanunsuz) şəkildə işləyənlər və gəlirlərini gizlədənlər olacaq.

Nazirin sözlərinə görə, əlillik dərəcəsi olmayan, təqaüd almayan, işsiz kimi qeydiyyatdan keçməyən və muzdla işləməyən hər kəs İTS haqqını ödəməlidir. Daha dəqiq desək: “Əmək potensialı olan, lakin heç bir kateqoriyaya daxil olmayan şəxslər (əməkhaqqı minimum 400 manatdan çox olanlar üçün) ayda 16 manat (illik 192 manat) İTS haqqı ödəməli olacaqlar”.

Bu şəxslərin müəyyənləşdirilməsi prosesi elektron qaydada, fərdiləşdirilmiş məlumatlar (FİN kodu) əsasında aparılacaq və onların gəlir mənbəyi sorğulanacaq. Nazir əlavə edib ki, qeyri-formal işləyən şəxslər üçün birdəfəlik sığorta haqqı ödəməklə tibbi xidmətlərdən yararlanmaq imkanı da yaradılıb.

Qeyd edək ki, burada əsas problem işsiz insanlarla qeyri-formal şəkildə işləyənlərin necə fərqləndiriləcəyi, işləməyənlərin bu kateqoriyalardan hansına aid olduğunun necə müəyyən ediləcəyidir. Çünki işləməyənlərin hamısı işsiz kimi qeydiyyata düşə bilmir. Xüsusilə kəndlərdə yaşayan insanların çoxunun adlarına torpaq sahəsi olduğundan işsiz kimi qeydiyyata alınmır. Ancaq eyni zamanda bu cür vətəndaşlar işsizdən o qədər də fərqlənmir. Ev təsərrüfatından il ərzində qazandıqlarını aylara bölsək, minimum əməkhaqqından belə xeyli aşağı qazanc əldə etdiklərini görə bilirik.

Buna görə də hökumətin ilk növbədə bu cür vətəndaşlarla qeyri-formal şəkildə işləyənləri ayıra biləcək kriteriyalar müəyyənləşdirməsi, bundan sonra yeni sistemi tətbiq etməsi məqsədəuyğun olardı.

Nəzərə almaq lazımdır ki, bu cür vətəndaşlar rəsmi olmasa da faktiki olaraq işsiz sayılır və onların tibbi sığortasının dövlət büdcəsi hesabına qarşılanması daha doğru olardı.

Qeyd edək ki, əksər dövlətlərdə işsizlərin tibbi sığortası məhz dövlət büdcəsi və ya sosial fondlar vasitəsilə qarşılanır.

Məsələn, Almaniya, Fransa, İtaliya kimi ölkələrdə işsizlərin tibbi sığortası dövlət tərəfindən ödənilir. İşsizlər ya sosial yardım fondları vasitəsilə, ya da işsizlik müavinətindən ayrılan hissə ilə sığortalanır. Onlardan ayrıca ödəniş tələb olunmur.

İsveç, Norveç, Danimarka kimi ölkələrdə səhiyyə tamamilə dövlət büdcəsindən maliyyələşir, işsizlərdən heç bir ödəniş tələb olunmur.

Qardaş Türkiyədə işsiz şəxslər “Genel Sağlık Sigortası” (GSS) çərçivəsində dövlət tərəfindən sığortalanır. Gəliri olmayan şəxslərin sığorta haqqı dövlət büdcəsindən ödənilir.

Postsovet ölkələrindən Gürcüstan və Qazaxıstanda işsizlər üçün dövlət tərəfindən maliyyələşdirilən minimum tibbi xidmət paketi mövcuddur.

Eyni zamanda o da nəzərə alınmalıdır ki, Azərbaycan BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt”ına qoşulub. Bu sənəd hər kəsin “əlçatan tibbi xidmət hüququnu” tanıyır. İşsizlərdən ödəniş tələb etmək bu hüququn təmin edilməsini çətinləşdirə bilər.

Azərbaycan həmçinin Beynəlxalq Əmək Təşkilatının (İLO) bir sıra konvensiyalarına da qoşulub. Bu konvensiyalar sosial müdafiə, bərabər imkanlar və işçilərin hüquqlarını qorumağa yönəlib. Birbaşa “işsizlərdən tibbi sığorta haqqı tələb etmək olmaz” məhdudiyyəti yoxdur, amma sosial müdafiə prinsiplərinə zidd ola bilər.

Azərbaycanın imzaladığı Avropa Sosial Xartiyası da sosial müdafiə hüququnu tanıyır. Burada dövlətin işsizlərə tibbi xidmət təmin etməsi öhdəliyi vurğulanır.

Əlbəttə, qeyri-formal şəkildə işləyənlərin müəyyən olunması və onlardan icbari tibbi sığorta haqqının alınması lazımdır. Ancaq bu, faktiki işsiz olan vətəndaşlardan ödəniş tələb olunmasına gətirib çıxarmamalıdır. İşsiz şəxsdən ödəniş istəmək sosial ədalət prinsiplərinə uyğun deyil.

Qeyd edək ki, dövlətin maliyyə resursları da imkan verir ki, qeydiyyata alınmayan, ancaq faktiki işsiz insanlarla qeyri-formal şəkildə işləyənləri ayıra biləcək kriteriyalar müəyyənləşdirilənə qədər yeni sistemin tətbiqini təxirə salsın.

Belə ki, bu ilin ötən 10 ayı ərzində valyuta ehtiyatları 16–17 milyard manat artırılıb, üstəlik 5 milyard manat büdcə artığı yaranıb. Odur ki, büdcəyə əlavə 5–10 milyon manat vəsait cəlb olunmasına səbəb olacaq bir sistemin tələsik tətbiqinə zərurət görünmür. Bu, faktiki işsiz insanları çətin duruma sala və hökumətə inamsızlıq yarada bilər.

Rasim Əliyev
“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri