Icma.az
close
up
RU
İcbari tibbi müayinənin nəticəsi ilə bağlı hansı halda işçi işdən kənarlaşdırılır?

İcbari tibbi müayinənin nəticəsi ilə bağlı hansı halda işçi işdən kənarlaşdırılır?

Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Әmək Məcəlləsində ən çox dəyişikliklərə məruz qalan maddələrdən biri də işçinin işdən kənar edilməsini nəzərdə tutan 62-ci maddədir.

Banco.az xəbər verir ki, suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

Maddədə edilmiş dəyişikliklər haqqında məlumat verməzdən əvvəl qeyd etmək istərdik ki, Әmək Məcəlləsindəki son dəyişikliklərin izahı zamanı bəzi media subyektləri işçinin işdən kənarlaşdırılmasını onun əmək müqaviləsinə xitam verilməsi kimi təqdim ediblər. Halbuki işəgötürən yalnız Әmək Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda işçini müvəqqəti olaraq işdən kənarlaşdırmaq hüququna malikdir.

Әmək Məcəlləsinin 226-cı maddəsinə əsasən, ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonradan isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Әmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin “b” bəndinin əvvəlki redaksiyasında qeyd edilirdi ki, bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinədən keçməkdən boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə işçinin işdən kənarlaşdırılmasına yol verilir.

Təcrübədə işçinin icbari tibbi müayinəsi zamanı, – ilkin və ya dövri müayinələr aparılarkən, – tibbi əks göstərişlər aşkar edilə bilər. Bu halda işçinin işdən kənarlaşdırması zamanı hansı əsas tətbiq edilməlidir?

Qeyd olunan boşluğun aradan qaldırılması məqsədilə Әmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin “b” bəndinə “habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə” sözləri əlavə edilib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 15 may 2014-cü il tarixli 24/2 nömrəli qərarı ilə “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası” və “İşçinin peşə xəstəliyinə tutulma ehtimalı yüksək olan iş yerlərinin Siyahısı”na dair Təlimat təsdiq edilib. “İcbari tibbi müayinələrin keçirilməsi Qaydası”nın 3-cü bəndində qeyd olunur ki, ilkin və dövri müayinələr zamanı aşağıdakı tibbi əks göstərişlər aşkar edildikdə şəxslər işə buraxılmırlar:

- Orqan vә sistemlәrin davamlı, qabarıq funksiya pozuntusu ilә müşayiәt olunan anadangәlmә inkişaf qüsurları, deformasiyalar vә xromosom anomaliyaları;

- Xarici amillәrin tәsiri nәticәsindә mәrkәzi vә periferik sinir sisteminin, daxili orqanların, sümük-әzәlә sistemi vә birlәşdirici toxumaların zәdәlәnmәsi ilә bağlı qabarıq funksiya pozuntuları vә geridönmәz inkişaf dәyişikliklәri;

- Mәrkәzi sinir sisteminin müxtәlif etiologiyalı, qabarıq ifadә olunmuş xәstәliklәri (hәrәki, hissi, koordinasiya, statik, koqnitiv vә amnestikintellektual pozuntularla);

- Narkolepsiya vә katapleksiya;

- Şüur pozuntuları ilә müşayiәt olunan xәstәliklәr, epilepsiya vә epileptik sindrom, sinkopal sindrom;

- Ağır, davamlı vә tez-tez fәsadlaşan, psixonevroloji müәssisәdә dinamik müşahidәsi tәlәb olunan psixi xәstәliklәr;

- Əhval-ruhiyyәnin qabarıq dәyişikliklәri, nevrotik dәyişikliklәr, stres vә somatik formalı şәxsiyyәt pozuntuları (bu hallarda işә yararlılıq mәsәlәsi terapevtin iştirakı ilә ixtisaslaşmış hәkim komissiyası tәrәfindәn fәrdi qaydada hәll edilir);

- Alkoqolizm, toksikomaniya vә narkomaniya;

- Endokrin sistemin proqressivlәşәn xәstәliklәri vә digәr orqan vә sistemlәrin 3-4-cü dәrәcәli funksiya pozuntuları;

- Bәdxassәli yenitörәmәlәr;

- Qan vә qanyaradıcı orqanların proqressivlәşәn vә tez-tez residivlәşәn xәstәliklәri;

- Hipertoniya xәstәliyi (II mәrhәlә, 3-cü dәrәcә, IV risk qrupu);

- Qan dövranı çatışmazlığı ilә müşayiәt olunan ürәyin vә perikardın xroniki xәstәliklәri;

- Ürәyin işemik xәstәliyi, stenokardiya (III–IV funksional sinif) - ürәyin keçirici sisteminin ağır pozuntuları.

Sonda bir məqamı qeyd edək ki, icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlərin aşkar olunması özlüyündə əmək müqaviləsinə xitam üçün əsas hesab edilmir. Әmək müqaviləsinə xitam verilməsi üçün işçinin orqanizm funksiyalarının pozulması ilə bağlı hallar baş verməlidir. Bu zaman Әmək Məcəlləsinin 74-cü maddəsinin tələbləri gözlənilməklə əmək müqaviləsinə xitam verilməsi mümkündür.

Eyni zamanda, işəgötürənin işçi ilə əmək müqaviləsi bağlayarkən Әmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin “b” bəndini (işçinin səhhəti ilə əlaqədar müvafiq vəzifədə (peşədə) çalışmasının onun sağlamlığı üçün təhlükəli olması barədə tibb müəssisəsinin rəyinə əsasən) tətbiq etməsi də mümkündür. Әgər icbari tibbi müayinə nəticəsində verilmiş tibbi rəy həm əmək funksiyasının yerinə yetirilməsinə əks göstərişləri, həm də müvafiq vəzifədə çalışmanın işçinin sağlamlığı üçün təhlükəli olduğunu təsdiq edərsə, bu halda əmək müqaviləsinə həmin əsasla xitam verilə bilər. vergilər.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 Avqust 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see392

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see370

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see357

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see323

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see297

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see278

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see270

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see266

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see263

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see258

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see241

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see240

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see240

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see234

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see230

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see228

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see210

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see208

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see206

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri