Icma.az
close
up
RU
İcbari Tibbi Sığorta və TƏBİB lə bağlı dəhşətli faktlar Yazdıqlarımız rəsmən təsdiqləndi

İcbari Tibbi Sığorta və TƏBİB lə bağlı dəhşətli faktlar Yazdıqlarımız rəsmən təsdiqləndi

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


2021-ci ildən İcbari Tibbi Sığortanın bütün ölkə ərazisində tətbiqinə başlanılıb. Müəyyən istisnaları nəzərə almasaq, ümumən əhali bu prosesdən razıdır:

Birincisi, bu, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların vaxtında müayinə və müalicəsinə imkan yaradır, xərclər dövlət tərəfindən qarşılanır. Təbii ki, bu sistem səhiyyə xərclərinin yüksək olduğu ölkədə aztəminatlı əhali üçün şans kimi dəyərləndirilə bilər.

İkincisi, zaman-zaman İcbari Tibbi Sığortanın xidmətlər zərfi genişləndirilir, bu da təbii olaraq, bu xidmətdən istifadənin əlçatanlığını, onun əhatə dairəsini genişləndirir.

Əlbəttə, bütün bunlar yaxşı haldır. Amma İTS-in tətbiqi zamanı bir sıra nöqsanlara da yol verilir ki, bu, yalnız səhiyyə xidmətinin deyil, bütövlükdə cəmiyyətin maraqlarına zərbə vurur. Söhbət İTS və TƏBİB-in yaratdığı monopoliyadan gedir:

a) İTS-ə ayrılan vəsaitlərdən yalnız bəlli klinikaların yararlanmasına yol açılır;

b) özəl tibbi xidmət sahəsində rəqabət mühitinin pozulmasına, ayrı-seçkiliyə, İTS-dən pasiyent qəbul edə bilməyən özəl klinikaların müflis olması və sıradan çıxmasına səbəb olur;

c) dövlət büdcəsindən ayrılan vəsaitlərin məqsədli şəkildə seçilmiş klinikalara yönləndirilməsi nəticəsində İTS və TƏBİB sistemində yüksək vəzifə tutan məmurların korrupsiyalaşmasına, fantastik məbləğlər əldə etməsinə şərait yaranır...

Elə bir neçə ay əvvəl saytımızda “Xəstələr niyə eyni klinikalara yönləndirilir? – İnfantil səhiyyənin səbəbkarları” başlıqlı yazıda da bu problemdən bəhs olunurdu. Yazıda icbari tibbi sığortaya ayrılan böyük məbləğlərin bölüşdürülməsi uğrunda mübarizənin daha açıq müstəviyə keçdiyi, sığorta ilə müalicə alan və ya əməliyyat olunan xəstələrin yalnız bəlli, həm də İTS və TƏBİB sistemində müəyyən şəxslərə məxsus klinikalara yönləndirildiyi vurğulanırdı. Həmçinin yazıda İTS vəsaitlərinin kimlər tərəfindən və hansı klinikalara yönləndirildiyi barədə də ətraflı bəhs olunmuşdu.

Bu günlərdə isə Hesablama Palatasının İcbari Tibbi Sığorta Fondunda apardığı auditin nəticələri xeyli əvvəl irəli sürdüyü iddiaları bir daha təsdiq edir. Belə ki, Palatanın İcbari Tibbi Sığorta Fondunun 2023-2024-cü illərdəki gəlir və xərclərinin icrasının, eləcə də sərbəst vəsaitinin idarə olunmasına dair hesabatında açıq-aydın qeyd olunur ki, bu dövr ərzində bahalı əməliyyatlar özəl klinikalara ötürülüb.

Bu barədə bir qədər sonra və daha ətraflı bəhs edəcəyik... Hələliksə hesabat barədə bir neçə kəlmə:

Öncə qeyd edək ki, Hesablama Palatasının hesabatı əhatəliliyi ilə diqqəti cəlb edir. Qurum yalnız audit aparmaqla kifayətlənməyib, onun geniş analitik təhlilini də təqdim edib.

Digər diqqət çəkən məqamlar isə mənimsəmələrin fantastik olması və yalnız tibbi sığorta deyil, ən müxtəlif prosedur və əməliyyatlar zamanı maliyyə pozuntularına yol verilməsidir.

Onu da vurğulayaq ki, audit obyektləri kimi Fondun vəsaitlərini idarə edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin təchizatı, təmiri və s. istiqamətdə tədbirləri həyata keçirən İnnovasiya və Təchizat Mərkəzi müəyyən edilib.

Adıçəkilən qurumlar tərtəfindən təqdim olunmuş illik hesabatların auditi İTS və TƏBİB tərəfindən hesabatlılığın düzgün təşkil edilməməsi nəticəsində Fondun gəlir və xərclərinin, bununla da icmal büdcənin müvafiq parametrlərinin təhrifini müəyyən edib. Belə ki, gəlirlərin icrası ilə bağlı göstəricilər tam nəzərə alınmayıb, əvvəlki illərə dair bəzi istiqamətlər üzrə xərclər və öhdəliklər hesabatda doğru-düzgün əks olunmayıb.

Həmçinin son iki il ərzində Fondun büdcəsinə nəzərdə tutulmayan istiqamətlərdən vəsait daxil olub, eləcə də qanunsuz olaraq müxtəlif istiqamətlərə vəsait yönəldilib. Bəzi sahələrə isə nəzərdə tutulduğundan artıq vəsait xərclənib. Bu əməliyyatlar zamanı qanunvericiliyin tələbləri açıq-aşkar pozulub. Maraqlıdır, bu cür özbaşına qərarların arxasında hansı niyyət dayanıb? Söhbət maliyyədən gedirsə, yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.


Amma bunlar adıçəkilən qurumların son iki ildə yol verdiyi nöqsan və qanunsuzluqların cüzi bir hissəsidir. Belə ki, əvvəlki illərdə istifadə olunmayan vəsaitlərin 2023-2024-cü ilin xərclərinə yönəldilməsi nəzərdə tutulsa da, bu da icra edilməyib. Əvvəlki illərdə formalaşmış gəlirlər isə dövlət gəlirləri kimi uçota düşməyib. Ümumiyyətlə, hesabatdan aydın olur ki, bu qurumlarda nəzarət, hesabatlılıq çox bərbad vəziyyətdədir. Mənzərənin aydın olması üçün bir faktı qeyd edəcəyik: Fondun 2021-ci il üçün maliyyə hesabatı nə az, nə çox, düz 4 ildən sonra - 2025-ci ilin may ayında kənar auditdən rəy alınmaqla təqdim olunub.

Əhalinin sığortalanmasına ayrılan vəsaitlərə gəlincə, audit zamanı burada da qanun pozuntuları aşkarlanıb. Bu vəsaitlər proqnozlaşdırılan zaman əhalinin sayının rəsmi statistik məlumatlarla uyğunluq təşkil etmədiyi üzə çıxarılıb.

Daha bir problem icbari tibbi sığorta haqqının adambaşına düşən məbləğinin necə müəyyən olunması ilə bağlıdır? Bu məbləğ hansı mexanizmlə, hansı hüquqi aktlar və sənədlər əsasında formalaşdırılır? Nə İTS, nə də TƏBİB bununla bağlı Hesablama Palatasına məlumat təqdim etməyiblər. Maraqlıdır, deyilmi? 5 ildir ki, icbari sığorta ilə məşğul olan qurumlar sığorta haqqını necə müəyyən etdiyini açıqlaya bilmir.

Gəlirlərin idarə olunmasındakı səriştəsizlik özünü xərclərin müəyyən edilməsi və icrasında da göstərib. Belə ki, İTS və TƏBİB-in hesablatlarında 2023-2024-cü illər üçün 2 milyon 393,2 min manat və 2 milyon 850,3 min manat xərc nəzərdə tutulub. Ancaq bu vəsaitlərin 81,1% və 78,5%-i icra olunub.

2023-cü ilin may ayına qədər TƏBİB Agentliyin yaratdığı və tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum kimi təyin edilib. Son illərdə isə inzibati islahatlar aparılaraq TƏBİB müstəqil bir qurum kimi müəyyənləşdirilib. Ancaq buna baxmayaraq, Agentliyin saxlanma xərclərinin 2%-lik yuxarı həddi dəyişməz qalıb. Yəni TƏBİB müstəqilləşdikdən sonra da Agentliyin saxlanılması üçün əvvəlki qədər vəsait ayırılıb.

Hesablama Palatasının açıqlamasında o da qeyd olunur ki, qanunvericiliyin tələblərinin düzgün tətbiq olunmaması vergi və icbari ödənişlərin təkrar nəzərə alınmasına səbəb olub. Nəticədə tibbi xidmətlərin tarifləri 26% çox hesablanıb. İstifadə olunan avadanlıqların dəyəri isə bir sıra hallarda alış qiymətlərindən daha yüksək göstərilib. Bəzi tibbi məsrəflər isə tariflərdə təkrar nəzərə alınıb. Bu da öz növbəsində, bəzi xidmətlər üzrə tariflərin artımına səbəb olub.

İndisə gələk icbari tibbi sığorta vəsaitlərinin bəlli klinikalara yönəldilməsi məsələsinə. Toplanmış audit sübutları ilə, eləcə də bir neçə tibb müəssisəsində aparılan yoxlamalar TƏBİB-in tabeliyində olan tibb müəssisələrinin maliyyələşmə mexanizminin sığorta prinsiplərinə uyğun təşkil edilmədiyini aşkara çıxarıb. Beləliklə, aydın olub ki, 2023-2024-cü illərdə cərrahiyə əməliyyatların, xüsusilə dəyəri daha yüksək olan əməliyyatların əsas hissəsi, o cümlədən dəyəri 5000 manat və ondan artıq olan əməliyyatların 90%-dən çoxu özəl tibb müəssisələrində icra edilib:

“Agentliklə özəl tibb müəssisələri arasında bağlanılmış müqaviləyə əsasən tibb müəssisəsi göndəriş vərəqəsi olduğu hallarda sığortaolunanlara Xidmətlər Zərfində nəzərdə tutulmuş tibbi xidmətləri göstərmək hüququna malikdir. Audit olunan illərdə tibb müəssisəsinə vətəndaşlar tərəfindən müayinə və müalicə üçün birbaşa müraciət olunduğu və müvafiq göndəriş verilmədiyi halda Agentlik 14 sayda tibb müəssisəsinə 2 ildə 4 milyon 273,6 min manat vəsait ödəyib". Maraqlıdır, göndəriş verilmədiyi halda, bu qədər vəsait niyə və hansı əsasla ayrılıb?

Adıçəkilən qurumlarda satınalmalar məsələsi ilə də bağlı ciddi nöqsanlar aşkarlanıb. Maraqlıdır ki, iki ilin yekununa görə, satınalmaların 70%-i ilin son iki rübündə keçirilib. Olmaya, xərclər həddən çox nəzərdə tutulduğundan ilk 6 aydan sonra rəhbərlik xeyli artıq vəsiat qaldığını görüncə, onu necə “icra etmək” barədə düşünüb və satınalmaların həyata keçirilməsi qərara alınıb?

O da maraqlıdır ki, 2 ildə 277 satınalma keçirilib, həmin satınalmalar nəticəsində 757 136,3 min manat dəyərində müqavilə bağlanılıb. Bütün satınalmaların 43%-i bir mənbədən keçirilsə də, bağlanmış müqavilə məbləğinin cəmi 6,7%-i bu satınalma metodunun payına düşüb. Yəqin ki, burada da geniş şərhə ehtiyac yoxdur.

Çünki satınalmaların planlanması, satınalma prosedurları və satınalmaların il daxilində rüblər üzrə bölgüsündə yol verilmiş nöqsanlar, alınmış malların sifarişçiyə vaxtında çatdırılmaması, bağlanmış müqavilələrin icra faizlərinin bəzən çox aşağı olması, anbarda mal qalıqları olduğu halda həmin malların təkrar alışı, həmçinin 1 il ərzində eyni məhsulun eyni şirkətdən müxtəlif qiymətlərə, həm də real qiymətindən baha alınması özlüyündə çox mətləblərdən xəbər verir.

Maraqlıdır, üzə çıxarılan və hüquqi məsuliyyət yaradan bu cür ciddi pozuntularla bağlı tədbirlər görüləcəkmi?


Zahid Nurəliyev,

Bakupost.az-ın baş redaktoru


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see270

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see175

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see156

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see153

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see140

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see134

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see133

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see132

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see129

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see126

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see124

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see123

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see123

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri