İcbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycanda icbari tibbi sığortada vahid elektron reyestr yaradılacaq".
525.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ümumilikdə, icbari tibbi sığorta sisteminin təkmilləşdirilməsi və inkişafı istiqamətində sistemin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi ekspertiza prosesinin avtomatlaşdırılması, icbari tibbi sığorta sisteminin maliyyələşmə mexanizminin daha da gücləndirilməsi və keyfiyyətə əsaslanan tibbi xidmətlərin maliyyələşmə modelinin qurulması qarşımızda duran əsas vəzifələrdəndir.
A.Əliyev qeyd edib ki, növbəti ilin xərclərində səhiyyə sahəsində dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üçün 185 milyon manat, tibbi xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də rəqəmsal infrastrukturun qurulması üçün 105 milyon manat vəsait ayrılması nəzərdə tutulur: "Bundan əlavə, aptek təşkilatlarında ambulator şəraitdə istifadə olunan dərman və vasitələrə görə sığorta ödənişi 50 % olan şəxslərin dərman preparatları ilə təminatı üçün 59 milyon manat vəsaitin ayrılması planlaşdırılır".
Baxış sayı:114
Bu xəbər 17 Noyabr 2026 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















