İcbari tibbi sığortadan istifadə edənlərin NƏZƏRİNƏ Müddət UZADILDI
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İcbari tibbi sığorta (İTS) çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi daha bir il təxirə salınıb.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub.
“Tibbi sığorta haqqında” Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Qanun layihəsində müştərək maliyyələşmə məbləğinin tətbiqinin növbəti dəfə uzadılaraq 2027-ci il 1 yanvar tarixindən həyata keçirilməsi təklif edilib.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















