Icma.az
close
up
RU
İcbari tibbi sığortaya görə ödəniş yalnız bu şəxslərə ŞAMİL OLUNACAQ RƏSMİ

İcbari tibbi sığortaya görə ödəniş yalnız bu şəxslərə ŞAMİL OLUNACAQ RƏSMİ

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Qanunvericiliyə edilən yeni dəyişikliyə görə, dövlətin daim vəsait ödəyəcəyi şəxslər ciddi şəkildə artırılır. Əmək qabiliyyəti olmayan şəxslər, işsizlər, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar, tələbələr və digər geniş əhali qrupları birbaşa dövlətin təminatında olur. Öz hesabına sığortalanan şəxslər isə – yəni rəsmi məşğul olan, əmək müqaviləsi ilə çalışanlar, sahibkarlar, kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatları – qanunla müəyyən edilən qaydada öz haqlarını ödəyirlər”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.
Nazir qeyd edib ki, qanunda yeganə istisna – qeyri-formal məşğul olan şəxslərdir:
“Bu nə deməkdir? Bu şəxslər qanunu pozaraq sahibkarlıq və ya əmək fəaliyyəti ilə məşğul olur, gəlirlərini gizlədir və qeydiyyatdan yayınırlar. Qanun bu şəxsləri məsuliyyət daşıyan kateqoriya kimi müəyyənləşdirir və onların sığortalanması yalnız öz vəsaitləri hesabına, bir dəfəlik ödənişlə mümkündür.
Bəzən kimsə bunu hansısa formada işsiz şəxslərə də şamil etmək istəyir. Xeyr, qanun birbaşa göstərir ki, işsiz şəxslər, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, aktiv VÖEN-i olan şəxslər, qeydiyyatda olan ailə-fermer, kəndli təsərrüfatları da - yəni, rəsmi şəkildə fəaliyyət göstərən bütün şəxslər, habelə işsiz olan şəxslərin vəsaiti dövlət tərəfindən təmin edilir. Yalnız qanunu pozaraq gəlirini gizlədən şəxslərin sığortalanması özləri tərəfindən birdəfəlik haqq ödənilərək həyata keçirilir”.
Sahil Babayev qeyd edib ki, bu yanaşmanın məqsədi uçotun aparılması və qeyri-formal məşğulluğun rəsmi formaya keçirilməsidir. Hökumət bunun üçün də müxtəlif imkanlar təmin edir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev isə qeyd edib ki, qeyri-formal çalışan şəxslər icbari tibbi sığortadan kənar qalsalar da, təcili baş verən hadisələrdə icbari tibbi sığortadan yararlana biləcək.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Noyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri