Icma.az
close
up
RU
İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin bu tenderləri də ləğv edildi

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin bu tenderləri də ləğv edildi

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin "BMW" markalı nəqliyyat vasitəsinin (2013-cü il istehsalı "740 Lİ" modeli) cari və əsaslı təmiri üzrə malların və əlaqədar xidmətlərin (13 282 AZN) və taxta-plissel jalüzlərin satın alınması (13 536 AZN) ilə bağlı elan etdiyi tenderlər ləğv edilib.

Pravda.az-ın xəbərinə görə, qərarları Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

Bildirilib ki, satınalmalarda iştirak etmək üçün təkliflərin və təkliflərin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.

Qeyd: Qurumun bundan əvvəl də elan etdiyi tenderlərin bir neçəsi ləğv olunub.

Cabir Həsənov

seeBaxış sayı:44
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri