Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Kibercinayətin qurbanına çevrilməmək üçün nə etməliyik? ARAŞDIRMA

Kibercinayətin qurbanına çevrilməmək üçün nə etməliyik? ARAŞDIRMA

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Son zamanlarda  telefonlarımıza tanımadığmız nömrələrdən gələn zənglərin, mənbəyi məlum olmayan ünvanlardan  sosial media hesablarımıza olan müdaxilələrin tez-tez şahidi oluruq. Maddi yardım, investisiya yatırımı, məhsulların endirimli satışını həyata keçirməklə bağlı həmçinin, yaxın qohumların adından gələn zənglərin, mesajların sayı bir neçə ay öncə kəskin surətdə artmışdı. Ən təhlükəli məqam isə şəxsi informasiyalarımızın, bank kartı məlumatlarımızın dələduzların hədəfinə çevrilməsidir. Özünün xəbəri olmadan adına kredit götürülməsi, alqı-satqı prosesinin icra olunması hallarının sayındakı dinamikanın radikal şəkildə qalxıb-endiyinin şahidi oluruq. Kibercinayətkarlıqla mübarizəni həyata keçirən dövlət qurumları şəxsi məlumatların qorunması üçün vətəndaşlara daimi olaraq çağırışlar edir maarifləndirmə işləri aparırlar, buna baxmayaraq müxtəlif qurumların adından isitfadə edib dələduzluğa əl atanlar da var. İKT mütəxəssisis Elvin Abbasov kiber təhlükələrin qarşısının alınması və son günlərin statistikası ilə bağlı maraqlı faktlara toxunub.

“Kibertəhlükələrə qarşı aparılan sistemli və ardıcıl mübarizə artıq öz real nəticələrini verməyə başlayıb. Sevindirici haldır ki, son günlərdə bu sahədə müşahidə olunan müsbət dinamika, xüsusilə də kiberdələduzluqla bağlı müraciətlərin sayında kəskin azalma, həyata keçirilən tədbirlərin səmərəsini açıq şəkildə nümayiş etdirir.

Belə ki, ötən həftə daxil olan kiberdələduzluq müraciətlərinin sayı əvvəlki dövrlərlə müqayisədə təxminən 6-7 dəfə azalıb. Daha əlamətdar hal isə dünən qeydə alınıb: gündəlik müraciətlərin sayı 30-40-dan 5-7-yə qədər enib. Bu, həm hüquq-mühafizə orqanlarının çevik və koordinasiyalı fəaliyyətinin, həm də genişmiqyaslı və davamlı maarifləndirmə kampaniyalarının birbaşa nəticəsidir. Bu kontekstdə, Daxili İşlər Nazirliyinin NİİM-in AvtoFM-də də həyata keçirdiyi “Kiberİnfo” verilişi xüsusi vurğulanmalıdır. Artıq bir ilə yaxındır ki, hər həftənin cümə günü efirə gedən bu proqram çərçivəsində müxtəlif ekspertlər və aidiyyəti qurumların nümayəndələri ilə kibertəhlükələr, kibergigiyena və rəqəmsal savadlılıq mövzularında dolğun və maarifləndirici müzakirələr aparılır.

Bu nəticələr, Daxili İşlər Nazirliyinin kibertəhlükələrlə mübarizəyə dair strateji baxışının və davamlı fəaliyyətinin uğurlu modelini ortaya qoyur. Media ilə qurulmuş effektiv əməkdaşlıq, ictimaiyyətlə şəffaf və açıq ünsiyyət vətəndaşların rəqəmsal mühitdə daha ayıq-sayıq və hazırlıqlı davranmasına imkan yaradır. Təhlükəsiz və dayanıqlı rəqəmsal gələcək naminə atılan bu ardıcıl addımlar cəmiyyətə böyük ümid və etimad verir”

Rəqəmsal platformalarda aldadılmaların çoxu insanların zəhmət çəkmədən pul qazanmaq ya da min bir əziyyətlə qazandıqları pulların “möcüzəvi” şəkildə 10-15 qat yüksəltmək arzuları ilə bağlıdır. İnternet dələduzları ya özlərini bank əməkdaşı, ya da reallıqda mövcud olmayan şirkətin işçisi olaraq tanıdıb saxta kampaniyalar edərək insanların gözlərini boyamağa çalışırlar. Saytlarda saxta hesablar açaraq evlərin, müxtəlif əşyaların alış-satışı ilə sözün əsl mənasında “məşğul olanlar” da var, etdikləri zəng, göndərdikləri link vasitəsilə, telefon nömrələrini belə ələ keçirən kibercinayətkarlar var. Xəstə uşağı olan valideynlərin həssaslığından istifadə edib övladları üçün topladıqları pulu mənimsəyən, işaxtaranları aldadaraq onlara sertifikat ya da iş yeri vəd edib vətəndaşlara maddi-mənəvi zərər verənlər də az deyil. Aldadılan vətəndaşlar bir çox hallarda özünü hansısa bankın nümayəndəsi kimi təqdim edənlərə kartlarından heç kimə ötürülməməli olan kodları dələduzlara ötürürlər. Qurbana çevrildiyini isə həyəcanı keçdikdən sonra, banka getdiyində anlamış olur. Saxta ev ya da iş elanı paylaşan kibercinayətkarın qurbanına çevriləndə də vəziyyət gərgin olur. Təsəvvür edək, kimsə ümidli şəkildə evdən çıxır, gedir ona deyilən ünvanı axtarmağa, bu zaman ya məkanı  tapa bilmir ya da getdiyi yerin onun işi ilə heç bir əlaqəsi olmadığını öyrənir. Bu zaman insanların keçirdikləri stress isə onların psixologiyalarında silinməz izlər qoyur. Psixoloq Aydan Məmmədova kiberdələduzların insanlara psixoloji təsir  edərək vətəndaşların etimadından qazanması üçün istifadə etdikləri yollardan danışıb.

“Çox vaxt dələduzlar insanların qarşısında rəsmi görüntü verirlər, bu da təbii ki, insanların beynində müəyyən güvən hissi yaratmış olur. Bundan əlavə insanlar bəzən şəxsi məlumatlarını istəmədən də olsa tanımadıqları insanlarla bölüşür. Adi şəkil belə olsun çəkilir, paylaşılır. Sosial platformaların daha çox aktiv olduğu bir dövrdəyik. Burada isə kiminsə məlumatlarını əldə etmək bir o qədər də çətin deyil. Əslində  kənardan baxanda  insanlara qəribə gələ bilər ki, necə ola bilər belə bir şey? Yəni biz necə məlumat ötürə bilərik? Amma burada psixoloji faktorlar  özünü ciddi şəkildə göstərir. Misal üçün, çox vaxt zərərçəkənlər öz şəxsi məlumatlarını tam şəkildə mənimsəmədiklərinə görə qarşı tərəfi daha bilikli və rəsmi görüntü içində gördüyünə görə bir güvən hisi yaranır və beynindəki məlumatına şübhə içində yanaşır. Ən önəmlisi isə dələduzlar  qarşı tərəfi manipulyasiya etməyə çalışırlar və bunu çox gözəl bacarırlar. İnsanların emosionl nöqtəsindən tuturlar. Zəng edirlər və ya mail qutusuna hər hansı bir mesaj göndərirlər ki, hesabınız bağlanacaq, hal-hazırda hesabınızdan pul çıxılacaq, indi daxil olmasanız cərimə olunacaqsınz. Bu zaman insanın beynində bir növ itki qorxusu yaranır. Burda hər şeyin kökündə duran məhz qorxudur. Nəyisə tirəcəyindən qorxur, təşviş, həyəcan hamısı bir anda toplanır, insan məntiqi düşünə bilmir. Sağlam şəkildə düşünə bilmədiyinə görə doğru qərar verməkdə çətinlik çəkir. Nəticədə təəsssüflür olsun ki, həmin şəxsə inanır və zərər çəkmiş olur.

Bir çox yaşlı nəslin nümayəndələri telefon və s. texnoloji vasitələrindən istifadə qaydalarını bilmədiyinə görə və qarşı tərəfi bilikli gördüyünə görə ona güvənir. Düşünür ki, mənə kömək edəcəklər. Biz bilməliyik ki, emosianal şəkildə verdiyimiz qərarlarda yanlışlıq ola bilər.Hər hansı bir vasitə ilə bizimlə əlaqə saxlayan, zaman verərək daha çox rəsmi və ciddi şəkildə danışırlarsa , bir anlıq dayanmalı, özümüzə kənar bir şəxs olaraq baxıb həmin hadisəni müşahidə etməyə çalışmalıyıq. Maarifləndirmə işləri ilə insanlar daha çox məlumatlı olur. Qorunma instinkti hər bir insanın daxilində var. Sadəcə dələduzlar insanların duyğusal tərəfindən istifadə edib  bir əskiklikləri varsa, o nöqtəni tapıb həmin istiqamətdən istifadə edirlər.

Biz isə öz növbəmizdə kibercinayətkarlığın qurbanına çevrilməmək üçün tanımadığımız zənglərə cavab verməməli, şübhəli linklərə keçid etməyib, verilən elanın real olub-olmadığını dəqiqləşdirəndən sonra ona uyğun davranmalıyıq. 

AYSEL MƏMMƏDOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri