Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

İçərişəhərdə ev muzeyləri: Onları nə qədər adam ziyarət edib?

İçərişəhərdə ev muzeyləri: Onları nə qədər adam ziyarət edib?

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması nəticəsində yaranan xatirə muzeyləri və yaradıcılıq mərkəzləri mühüm rol oynayır. 
Modern.az bu dəfə İçərişəhərdə yerləşən ev-muzeyləri və onların ziyarətçi sayını araşdırıb. 


Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi
Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist, publisist, Milli Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Parlamentinin deputatı (1985-2010), Luiziana ştatının (ABŞ) fəxri senatoru, «Azərbaycan-Rusiya» cəmiyyətinin prezidenti, Sülh səfiri Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. O, 1964-cü ildə Moskvada Ali ssenari, 1973-cü ildə isə Ali rejissorluq kurslarını bitirib.
Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları dünyanın bir çox ölkəsində dərc edilib, 36 xarici dilə çevrilib. SSRİ-nin və Azərbaycanın dərgilərində çap olunub. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında «Bütün yaxşılıqlara görə ölüm», «Truskaveçə kim gedəcək», «Ondan yaxşı qardaş yox idi», «Qoy o bizimlə qalsın», «Bayquş gəldi», «Kərgədan buynuzu» və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda müxtəlif kinostudiyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub.
Özünün ədəbiyyat sahəsindəki, eləcə də ictimai fəaliyyətinə görə «Qırmızı Əmək Bayrağı» (SSRİ), «Şöhrət» (Azərbaycan), «İstiqlal» (Azərbaycan), «Şərəf» (Azərbaycan), «Dostluq» (Rusiya), «Birlik Ulduzu», Roma Papasının, «Şərəfvə Şöhrət» (Rus Pravoslav Kilsəsi) ordenlərinə layiq görülüb. 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə ölkədə Əsilzadələr Məclisini bərpa edərək onun sədri olub.
2012-ci ildə Maqsud İbrahimbəyov ədəbiyyat sahəsində Nobel mükafatı nominantları arasında yer alıb. O, 2016-cı il martın 22-də Bakıda vəfat edib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən yaradılıb. Mərkəzə rəhbərlik edən yazıçının həyat yoldaşı Anna İbrahimbəyova bu mərkəzin yaradılmasının təşəbbüskarı olub.  Mərkəz rəsmi şəkildə 2018-ci il fevralın 1-də Prezident İlham Əliyevin fərmanından sonra fəaliyyətə başlayıb.
Anna İbrahimbəyova Mərkəzə Maqsud İbrahimbəyovun şəxsi kitabxanasını, ailə yadigarlarını, silah kolleksiyası və rəsm toplusunu bağışlamışdır. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin əsas fəaliyyət istiqaməti həm ədəbiyyat, həm də incəsənətin digər növləri ilə bağlı müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi ilə bağlıdır. Bu kitab təqdimatları, təhsil və əyləncə tədbirləri, ustad dərsləri, ədəbi gecələr, teatr tamaşaları, uşaqlar üçün müxtəlif mövzularda mühazirələr və s. vasitəsilə Mərkəz ölkənin yaradıcı elitası ilə Azərbaycanın digər mədəni təşkilatları ilə sıx əməkdaşlıq edir, eləcə də, istedadlı gənclərlə onların özünü realaşdırması üçün kömək edir.
Mərkəzin divarları arasında 20-ci əsrin əvvəlində əfsanəvi ədəbi dərnəklərinin və eyni zamanda 21-ci əsrin kreativ məkanlarının ab-havası yaradılıb.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini 2025-ci ilin ilk 6 ayı ərzində 890 nəfər ziyarət edib.

Tahir Salahovun Ev - Muzeyi 
Azərbaycanın görkəmli rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Tahir Salahov 1928–ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyil ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Tahir Salahov Sovet İttifaqının, Rusiyanın və Azərbaycanın ən yüksək təltifləri və ordenlərinə layiq görülüb.
"Tahir Salahovun ev–muzeyi" Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb. Burada rəssamın Vətəninə bağışladığı və özünün rəsm əsərlərindən, şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Kolleksiya 700-dən çox eksponatdan ibarətdir.
Muzey ekspozisiyası üç mərtəbəli evdə yerləşərək xatirə və bədii hissələrdən ibarətdir. Muzeyə daxil olduqda ziyarətçilər Tahir Salahovun ömrü boyu fəal şəkildə apardığı ictimai fəaliyyətini əks etdirən zəngin foto-qalereya ilə tanış olurlar. Burada rəssamla birgə dünyanın ən görkəmli siyasi, ictimai və bədii xadimlərini görmək olar. Üstəlik, muzeydə qrafik janrda çəkilmiş dünya şöhrətli portretlər asılıb. Qeyd etmək lazımdır ki, bütün nümayiş etdirilən əsərlər dünya şöhrətli rəssamın orijinal işləridir. Divarlarda, həmçinin, Tahir Salahovun illər boyu topladığı əl işi olan xalçalar və misdən düzəldilmiş məmulatar yer alır. Ev-muzeyin ikinci hissəsində, 1-ci və 2-ci mərtəbələrdə böyük sənətkarın əsərlərinin kolleksiyası nümayiş etdirlir. Burada Tahir Salahovun ötən əsrin 60-ci illərindən bəri çəkdiyi əsərləri görmək olar: Qara Qarayevin, Dmitri Şostakoviçin, Mstislav Rоstropoviçin məşhur portretlərini, Abşeron mənzərələrini, "Koroğlu", "Dədə Qorqud" əsərlərini, "Güllər" kompozisiyasını və s. Ev-muzeyin 3 mərtəbəsində isə rəssamın emalatxanası yerləşir. 
Tahir Salahovun ev - muzeyini  2024-ci il ərzində 3.500  nəfər ziyarət edib


Vaqif Mustafazadənin Ev - Muzeyi

Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycan SSR əməkdar artisti Vaqif Əziz oğlu Mustafazadə 16 mart 1940-cı ildə İçərişəhərdə dünyaya gəlib (1979). "Cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadənin atasıdır. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olan Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O, əsasən klassik caz, blyuz və oynaq mahnılar ifa edir.
1965-ci ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə ad içərisindən Vaqif Mustafazadənin adı qalib kimi çəkilir. O, Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır.
Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görən və orijinal janr ortaya çıxaran "Muğam" simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 
Vaqif Mustafazadənin ev-muzeyi Bakının tarixi kvartalı İçərişəhərdə yerləşir. Xatirə muzeyi 1989-cu il iyulun 28-də yaradılıb. 1994-cü ildə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olub. 1989–1997-ci illərdə Muzeyin direktoru Zivar Ağasaf qızı Əliyeva olmuşdur.

2005-ci il martın 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə ev - muzeyinin açılışı olub. Vaqifin xatirəsini bu cür əbədiləşdirmək ideyası anası Zivər Əliyevaya məxsusdur. 1997-ci ildə Zivər xanımın vəfatından sonra onun işini Vaqifin dayısı qızı Afaq xanım Əliyeva davam etdirib.

Muzeydə Vaqif Mustafazadənin həyatı və işi ilə bağlı fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, 1241 əşyadan ibarət 3 otaqı var. Evin sol küncündə Zivər xanıma məxsus olan, Vaqifin və qızı Əzizənin ilk pianinosu var.
Vaqif Mustafazadənin ev - muzeyini 2024-ci il ərzində 936, 2025 -ci il üzrə 791 nəfər ziyarət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri