Icma.az
close
up
RU
“Apple” “OpenAI” və “Anthropic”ə rəqib olacaq süni intellekt agenti hazırlayır

“Apple” “OpenAI” və “Anthropic”ə rəqib olacaq süni intellekt agenti hazırlayır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

“Anthropic” şirkətinin səhmləri rekord səviyyəli ilkin kütləvi təklifdən (IPO) sonra ilk ticarət günündə 17 faiz bahalaşsa da, birja bağlandıqdan sonrakı əməliyyatlarda 5 faiz ucuzlaşıb. Şirkətin yüksək bazar dəyəri, rəqabətin güclənməsi və qiymətqoyma imkanlarının zəifləməsi süni intellektə investisiya qoyuluşlarının davamlılığı ilə bağlı narahatlıqları artırıb. Bu proseslər fonunda “Apple” şirkəti istifadəçilərin tapşırıqlarını onların adından yerinə yetirə biləcək avtonom süni intellekt agenti hazırlayır. Bununla da şirkət “OpenAI”, “Anthropic”, “Meta” və digər texnologiya nəhənglərinin fəaliyyət göstərdiyi sürətlə inkişaf edən bazara daxil olmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, “Apple” planlarını bu həftə internet saytında yerləşdirdiyi vakansiyalar vasitəsilə açıqlayıb. İş elanlarından birində şirkətin proaktiv süni intellekt köməkçisi üzərində çalışacaq mühəndislik üzrə baş menecer axtardığı bildirilir. Elana əsasən, hazırlanacaq sistem istifadəçinin adından proqram kodu yaza, internetdə axtarış apara, tətbiqləri idarə edə və müxtəlif cihazlarda əməliyyatlar həyata keçirə biləcək.

“Apple”ın bu addımı “Meta” şirkətinin “Muse” adlı alətinin son aylarda istehlakçılar arasında maraq doğurmasından sonra atılır. Sözügedən alət restoranlarda masa rezervasiyası etmək, səyahət planları hazırlamaq və xəbərləri ümumiləşdirmək kimi imkanlara malikdir. Eyni zamanda, süni intellektin “Mac” kompüterlərini idarə etməsinə və proqram təminatı hazırlamasına imkan verən alətlərin sayı da sürətlə artır.

“Anthropic” şirkəti bu yaxınlarda öz agenti “Duet”in istifadəçi sınaqlarını genişləndirib, “OpenAI” isə “Dots” platformasının imkanlarını artırıb. “Alphabet” şirkətinin “Google” bölməsi də bu həftə “Tasks” adlandırdığı agentini yeniləyib. “Apple”ın hazırladığı platformanın da əməliyyat sistemlərinin interfeysində avtonom şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Şirkət xüsusilə “ChatGPT” və “Muse” kimi alətlərin “Mac” kompüterlərini idarə etməsinə imkan verən texnologiyalara bənzər, ümumi təyinatlı kompüter idarəetmə agentləri hazırlayır.

Məxfilik məsələsi də layihənin əsas prioritetlərindən biridir. “Apple”ın bildirdiyinə görə, istifadəçinin adından kod icra edə, giriş məlumatlarından istifadə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilən süni intellekt agentləri güclü icazə mexanizmləri, təhlükəsizlik tədbirləri və şəffaflıq tələb edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri