Icma.az
close
up
RU
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 oktyabr, AZƏRTAC

2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, həmçinin 5 oktyabr Ümumdünya Memarlıq Günü və Ümumdünya Məskunlaşma Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilk dəfə olaraq gənc memar, şəhərsalma mütəxəssisləri və dizaynerlər üçün “İrs üçün yarat” müsabiqəsini elan edib.

Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi İlyas Əfəndiyev küçəsi ilə 4-cü M. Maqomayev döngəsinin kəsişməsində yerləşən, uzun illər istifadəsiz qalmış 450 kvadratmetr ərazinin regenerasiyası üçün qədim şəhər toxumasının özünəməxsusluğunu və tarixi-memarlıq irsini qoruyan yaradıcı layihə təkliflərini bir araya gətirməkdir. İştirakçılardan əraziyə yeni həyat qazandıraraq onu İçərişəhərin ruhunu yaşadan, müasir ehtiyaclara cavab verən, canlı və hər kəs üçün əlçatan açıq ictimai məkana çevirəcək funksional və icrası mümkün həllər təqdim etmələri gözlənilir.

Layihələrin hazırlanması zamanı ərazidəki tarixi tikili qalıqlarının və çoxillik ağacların qorunması, onların layihəyə inteqrasiyası, eləcə də ictimai məkanın müxtəlif istifadəçi qrupları üçün əlçatan və rahat olması, layihənin isə real icra oluna bilən olması əsas tələblərdəndir.

Ümumi mükafat fondu 5 min manat olan müsabiqədə 18–30 yaş arası memarlar, şəhərsalma mütəxəssisləri və dizaynerlər fərdi və ya komanda şəklində iştirak edə bilərlər. Münsiflər heyəti tərəfindən anonim və şəffaf qaydada seçiləcək layihələr üzrə I yer üçün 2000, II yer üçün 1500, III yer üçün 1000 manat, ictimai səsvermənin nəticəsi ilə seçiləcək “Sakinlərin seçimi” nominasiyası üçün isə 500 manat mükafat nəzərdə tutulub.

Qeydiyyat onlayn qaydada aparılacaq və iştirakçılara müsabiqə proqramı, şərtlər və əraziyə dair mövcud məlumatlar təqdim ediləcək. Müsabiqədə iştirak pulsuzdur.

Layihələr anonim qaydada, yalnız iştirakçıya verilən fərdi kodla qiymətləndiriləcək. Münsiflər heyəti təklifləri müsabiqənin şərtlərinə uyğunluğu, həmçinin tarixi mühitə uyğunluq, dizayn keyfiyyəti, funksionallıq və istifadə rahatlığı, innovativ yanaşma, icra imkanı və davamlılıq meyarları üzrə dəyərləndirəcək.

Qalib layihə əsasında regenerasiya işləri aparılacağı təqdirdə müəllif ilə əməkdaşlıq nəzərdə tutulub.

“İrs üçün yarat” müsabiqəsi gənc mütəxəssislərə öz yaradıcı yanaşmalarını İçərişəhərin unikal tarixi mühitində təqdim etmək, irslə müasirliyi bir araya gətirən yeni ideyalar irəli sürmək və şəhərin ictimai məkanlarının gələcəyinə töhfə vermək imkanı yaradır.

Qeydiyyatın aparılması və layihələrin təhvili üçün son tarix noyabrın 6-dır.

Müsabiqədə qeydiyyat və layihələrin təqdim edilməsi ilə bağlı ətraflı qaydalar elanın QR kodu vasitəsilə açılan müsabiqə sənədində yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Oktyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri