İçərişəhərdə “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 4 sentyabr AZƏRTAC
Sentyabrın 8-dən 11-dək Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu tərəfindən İçərişəhərdə yerləşən Muzey-Sərgi zalında “Keçmişin sədası” adlı sərgi təşkil olunacaq.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sərgidə gənc rəssamların əsərləri vasitəsilə Azərbaycanın qədim arxeoloji irsi ilə müasir sənətin vəhdəti nümayiş etdiriləcək.
Sərgidə ziyarətçilər qədim tarixin izlərini, arxeoloji irsin nümunələrini və sənətin ifadə imkanlarını bir arada görmək imkanı əldə edəcəklər. Tədbirin əsas məqsədi qədim irsin sənət vasitəsilə tanıdılması, gənc rəssamların yaradıcılığının dəstəklənməsi və cəmiyyətin mədəni irsə marağının artırılmasıdır.
Sərgiyə giriş sərbəstdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 04 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















