Icma.az
close
up
RU
İçərişəhərdə uşaqlar üçün nağıl gerçəyə çevrildi Qoruq rəsmisindən AÇIQLAMA

İçərişəhərdə uşaqlar üçün nağıl gerçəyə çevrildi Qoruq rəsmisindən AÇIQLAMA

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutan "Nağıllar aləmi İçərişəhər" festivalı paytaxtın mərkəzində yerləşən bu qədim və simvolik məkanda balacalar üçün unudulmaz bir günə çevrilib.

Festivalın məqsədi və əhəmiyyəti barədə Oxu.Az-a danışan Qoruq İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva bildirib ki, bu cür tədbirlər uşaqların həm əylənməsi, həm də milli-mədəni irslə ünsiyyət quraraq böyüməsi üçün əhəmiyyətli vasitədir:

"Biz istəyirik ki, uşaqlar İçərişəhəri təkcə tarixi abidələr kimi deyil, həm də canlı, yaradıcı, onların təxəyyülünə xitab edən bir məkan kimi tanısınlar. Bu festival məhz bu məqsədə xidmət edir".

Rəna Nəsirova-Mustafayevanın sözlərinə görə, builki festival əvvəlki illərlə müqayisədə daha geniş miqyasda və müxtəlif məkanlarda təşkil olunub:

"İçərişəhərin Qız Qalası meydanı, Arxeoloji bağ, Bakı Fotoqrafiya Evi, "Zaman" Art Qalereyası, eləcə də tanınmış mədəniyyət xadimlərinin ev muzeylərində interaktiv proqramlar, sərgilər və uşaq yönümlü təqdimatlar keçirilir".

Qoruq rəsmisi festivalın sosial yönümünə də toxunub. O qeyd edib ki, Respublika Diaqnostika Mərkəzinin təşəbbüsü ilə uşaqlar üçün həyata keçirilən pulsuz tibbi müayinələr valideynlər tərəfindən məmnunluqla qarşılanıb:

"Təkcə əyləncə yox, eyni zamanda sosial məsuliyyət hissini bölüşmək bizim üçün vacibdir. Uşaqların sağlamlığı və rifahı hər şeydən önəmlidir".

O bildirib ki, festival çərçivəsində təqdim olunan sərgilər - məktəbli rəssamların çəkdiyi nağıl mövzulu tablolar, interaktiv oyunlar, "Milli Mətbəxin Palitrası" adlı kulinariya guşəsi, şahmat turniri və teatr səhnəcikləri uşaqlara bayram ovqatı bəxş edib.

"Bu festivalla biz bir daha göstərmək istədik ki, İçərişəhər yalnız keçmişin mirası deyil, həm də uşaqların sevinci və gələcəyin ümidi ilə dolu yaşıl bir məkandır," - deyə Rəna Nəsirova-Mustafayeva bildirib.

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 İyun 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri