Icma.az
close
up
RU
ICGB: “2025ci ildə Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır”

ICGB: “2025ci ildə Ukrayna üzərindən qaz tranzitinin dayandırılması Şaquli dəhlizin əhəmiyyətini artırır”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Gələn ilin yanvar ayından Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılması ehtimalı Şaquli Qaz Dəhlizinin əhəmiyyətini artırır.

“Report” xəbər verir ki, bu barədə ICGB boru kəməri şirkətinin (Yunanıstan-Bolqarıstan interkonnektorunun operatoru) baş direktoru Teodora Georgiyeva COP29-un kuluarlarında jurnalistlərə bildirib.

O qeyd edib ki, hazırda şirkət IGB qaz kəmərinin ötürücülük qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması imkanının reallaşdırılması üzərində işləyir.

"Biz hazırda IGB-nin genişləndirilməsi üzərində işləyirik, çünki təkcə Trans-Adriatik Boru Qaz Kəməri (TAP), Cənub Qaz Dəhlizi və Azərbaycanla əlaqəli deyilik, həm də Şaquli Qaz Dəhlizinin bir hissəsiyik, belə ki, Aleksandrupolisdə mayeləşdirilmiş qaz terminalı artıq istifadəyə verilib. Bu baxımdan IGB-nin ildə 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi üçün böyük potensialın olduğunu düşünürük. Bundan əlavə, bu ilin sonunda Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılması təhlükəsi Cənub Qaz Dəhlizi ilə birlikdə Şaquli qaz dəhlizinin əhəmiyyətini artırır", - o bildirib.

T.Georgiyeva əlavə edib ki, IGB-nin gücünün artırılması yolunda əsas problem Aİ tərəfindən karbohidrogen layihələrinə maliyyə dəstəyinin olmamasıdır.

"Bu, yolumuzda duran bəzi maneələrdir, lakin hesab edirəm ki, biz Şaquli Qaz Dəhlizinin digər iştirakçıları ilə birlikdə bunun öhdəsindən gələcəyik", - o qeyd edib.

T.Georgiyeva həmçinin bildirib ki, Azərbaycan Bolqarıstan üçün enerji mənbələrinin şaxələndirilməsi baxımından mühüm rol oynayır. "O, çox etibarlı tərəfdaşdır. Əgər Azərbaycan 2020-ci ildən Bolqarıstanın qaza olan tələbatının 30 %-ə qədərini təmin edirdisə, ölkədə istehlakın azaldığını nəzərə alsaq, bu, indi daha çoxdur. Bolqarıstanın ildə 3 milyard kubmetrdən az olan daxili qaz istehlakından ildə 1 milyard kubmetri Azərbaycandan çox əlverişli qiymətə daxil olur və biz belə etibarlı tərəfdaşımızın olmasına çox şadıq", - T.Georgiyeva vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2024 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri