Icma.az
close
up
RU
ICGB və Şərqi Avropanın 5 ölkəsinin qaz operatorları Ukraynaya qaz tədarükünün yeni marşrutlarını işə salırlar

ICGB və Şərqi Avropanın 5 ölkəsinin qaz operatorları Ukraynaya qaz tədarükünün yeni marşrutlarını işə salırlar

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) operatoru ICGB şirkəti Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova və Ukraynanın qaz nəqliyyat sistemləri operatorları ilə birlikdə Yunanıstanın şimal hissəsindən Ukraynaya təbii qaz nəqli üçün iki yeni marşrutun işə salınması haqqında saziş imzalayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, qərar noyabrın 6-7-də Afinada keçirilən Transatlantik Enerji Əməkdaşlığı Tərəfdaşlığının (P-TEC) 6-cı iclasında qəbul edilib.

Yeni marşrutlar regionun enerji təhlükəsizliyini gücləndirməyə yönəlib və təsdiq üçün milli enerji tənzimləyicilərinə təqdim edilib.

"Route 2" və "Route 3" marşrutları Aleksandrupolisdəki LNG terminalından və Trans-Adriatik Boru Kəmərindən (TAP) təbii qazın IGB vasitəsilə və daha sonra isə Trans-Balkan boru kəməri, Rumıniya və Moldova üzərindən Ukraynaya nəqlini nəzərdə tutan ixtisaslaşdırılmış məhsullardır.

"Tənzimləyici orqanlara ünvanlanmış birgə məktubda qaz nəqliyyat sistemlərinin operatorları "Route 2" və "Route 3" marşrutlarını 2025-ci ilin dekabrından 2026-cı ilin aprelinə qədər əlçatan etməyi təklif edirlər", - məlumatda qeyd edilib.

Şirkətdən bildirilib ki, "Route 2" və "Route 3"ün yaradılması bu ilin əvvəlində uğurla istismara verilmiş "Route 1"i tamamlayır və bölgə üzrə qaz təchizatı şəbəkələrinin dayanıqlığını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

"Bu gün imzalanan saziş region operatorlarının həmrəylik içində hərəkət etmək, eləcə də təhlükəsiz və əlçatan sərhədlərarası enerji daşımalarını təmin etmək əzmini nümayiş etdirir", - ICGB-nin icraçı direktorları Teodora Georgieva və Corc Satlas bildiriblər.

Eyni zamanda, şirkət öz tarifində əhəmiyyətli – 46 -lik endirim tətbiq etdiyini açıqlayıb. Bununla da sərhədlərarası qaz tədarükü üçün iqtisadi cəhətdən rəqabətqabiliyyətli variantlar yaratmağa sadiqliyini bir daha təsdiqləyib.

"ICGB və Yunanıstan (DESFA S.A.), Bolqarıstan ("Bulgartransgaz" EAD), Rumıniya ("Transgaz" S.A.), Moldova ("Vestmoldtransgaz" SRL) və Ukraynanın (GTSOU LLC) qaz nəqliyyat sistemləri operatorlarının əlaqələndirilmiş səyləri Avropa Komissiyasının qaz təchizatı marşrutlarının diversifikasiyası, eləcə də Rusiya qazının tədricən LNG və Xəzər qazı ilə əvəzlənməsi strategiyasına uyğundur. Tariflərin azaldılması ilə dəstəklənən yeni marşrutların həyata keçirilməsi Avropanın təbii qazın ən çox tələb olunduğu yerlərə onu çatdırmaq imkanlarını genişləndirəcək və Ukraynaya enerji sabitliyini təmin etməkdə dəstək verəcək", - məlumatda qeyd olunub.

"Route 2" DESFA şəbəkəsindəki Amfitriti sistemlərarası birləşmə nöqtəsindən başlayır, Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) boyunca və daha sonra Trans-Balkan dəhlizi ilə davam edir: Amfitriti-Komotini (IGB)-Stara Zaqora-Neqru-Voda 1/ Kardam-İsakça 1/Orlovka-Kauşanı-Grebenyaki.

"Route 3" IGB-nin TAP ilə sistemlərarası birləşmə nöqtəsindən başlayır və eyni yolla davam edir: Komotini (TAP-dan giriş)-Stara Zaqora-Neqru-Voda 1/Kardam-İsakça 1/Orlovka-Kauşanı-Grebenyaki.

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın Komotinidəki milli qaz nəqli sisteminə ("DESFA SA") və Trans-Adriatik Boru Kəmərinə ("TAP AG"), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə ("Bulgartransgaz EAD") birləşir.

Boru kəmərinin ümumi uzunluğu 182 kilometr, borunun diametri 32 düymdür. Layihə üzrə illik ötürücülük qabiliyyəti isə Yunanıstan–Bolqarıstan istiqamətində 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və qonşu qaz nəqli sistemlərinin imkanlarından asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Noyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see223

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see156

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see142

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see138

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see133

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri