Icma.az
close
up
RU
Ukrayna Şərqi Avropanın “Qordi düyünü”nə çevrilib

Ukrayna Şərqi Avropanın “Qordi düyünü”nə çevrilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Rusiya –Ukrayna müharibəsi ilə bağlı Münxendə keçirilən Avropa Təhlükəsilzik Konfransında 3 gün ərzində cərəyan edən olaylar, iddia və ittihamlar siyasi toplantıdan daha çox kəskin bir film süjetinə bənzəyirdi. Lakin bu, heç də Hollivud ssenarisi deyil, əksinə, planetimizin taleyini həll edən sərt reallıqdır.

Hadisələr o qədər sürətlə və gözlənilməz tərzdə inkişaf edir ki, təəccüblənməyə və nəyəsə etiraz etməyə belə macal yoxdur. Hətta ən nüfuzlu politoloqlar belə münaqişənin hansı sonluqla bitəcəyi barədə proqnozlar verməyə cəsarət etmirlər. Acı həqiqət budur ki, qlobal səhnədə yeni siyasi tragikomediyalar oynanılır.

Ağ evin yeni sahibi Rusiya ilə birbaşa, yəni Ukrayna və Avropa İttifaqının (Aİ) iştirakı olmadan danışıqlar aparmaqla, faktiki olaraq Vaşinqtonun əvvəlki müttəfiqlərini oyundan kənar vəziyyətdə qoyub. Bununla da “Sem dayı” ərazisinin 21 faizi işğal olunan Ukraynanın suveren hüquqlarını təkcə gözardı etmir, eyni zamanda, Avroatlantik ittifaqın bel sütunu sayılan NATO-nu da hörmətdən salır.

Qeyd etmək lazımdır ki, planetimizdə siyasi xaos və hərbi avantürizmin kökü hələ 2008-ci ildə Rusiya Federasiyasının (RF) Gürcüstanın 2 vilayətini, 6 ildən sonra, yəni 2014-cü ildə isə Krımı özünə ilhaq etməklə qoyulub. Qısa müddət sonra isə Rusiya Ukraynanın şərqində, rusların sayca üstünlük təşkil etdikləri Donbasda separatçılıq hərakatına rəvac verib. Kremlin qəzəbi bununla da soyumayıb. 2022-ci ilin 24 fevralında Ukraynaya qarşı geniş miqyaslı hərbi əməliyyata start verilib.

Gözləmək olardı ki, Qərb toparlanıb təcavüzkarı layiqincə cəzalandıracaq. Bu, təəssüf ki, baş vermədi. Düzdür, Bayden administrasiyası Rusiyaya qarşı mərhələli şəkildə sanksiyalar tətbiq etdi, lakin Vətənin müdafiəsinə qalxan Ukraynaya kifayət qədər müasir silahlar vermədi. Ukrayna İkinci Dünya müharibəsi ərəfəsində Almaniyaya qurban verilən Polşanın acı taleyini yaşaya bilər.

Ukrayna problemini “Qordi düyünü”nə bənzətmək olar. Vaxtilə Makedoniyalı İsgəndər onu bir qılınc zərbəsi ilə kəsib atmışdı. Tramp özünün seçkiqabağı kampaniyası zamanı bəlkə də məhz o statusda təsəvvür edirdi. Deyirdi ki, bu problemi cəmi 1 sutkaya həll edəcək?! Amma hələlik vədini yerinə yetirə bilməyib. Bundan sonra nə olacaq, heç kim bilmir. Ukrayna ayrı-ayrı hissələrə parçalanaraq dövlətçiliyini itirə bilərmi? Bu və buna bənzər suallar indi bəşəriyyəti çox narahat edir!

Təəssüf ki, bu gün dünyamız cəngəllik qanunları ilə idarə olunur. Kim güclüdür, o da haqlı sayılır. Adətən, savaşda bir-birini tam yenə bilməyən tərəflər arasında sülh sazişləri nisbətən zəif bəndin güzəştə vadar edilməsi hesabına imzalanır. Ukrayna tərəfi hazırda Rusiya ilə müqayisədə daha zəif görünür. Deməli, ABŞ daha çox Kiyevə təsir göstərməyə çalışacaq.

Ukrayna böhranının Rusiyanın lehinə həlli nə Ukraynanı, nə də onun Avropadakı tərəfdaşlarını təmin edir. Kiyevin Moskva qarşısında geri çəkilməsi açıq-aşkar kapitulyasiya aktı kimi qəbul oluna bilər. Kim zəmanət verə bilər ki, Ukraynanı yenən Rusiya sabah Polşanı, yaxud Baltikyanı dövlətləri öz tərkibinə qatmaq istəməyəcək? Axı, iştaha, necə deyərlər, diş altındadır. Böyük imperiyaların iştahası isə heç vaxt bitib tükənmir.

Trampın Ağ evə 47-ci prezident kimi qayıtması, Kanadanı ölkəsinin 51-ci ştatına çevrilməsi ilə bağlı təklifi, Qrenlandiya adasına iddiası və onun digər ağlasığmaz planları dünyanı şoka salıb. Pekində düşünürlər ki, ABŞ Kanada boyda dövləti göz görə-görə udmaq iddiasına düşürsə, niyə Pekin Tayvanı özünə birləşdirməsin?! O zaman nə üçün qardaş Türkiyə Osmanlı imperiyasını bərpa etməyə çalışmasın? Belə çıxır ki, planetdə keçmiş və yeni imperiyaların paradı başlayır?!

Fevralın 18-də Türkiyəyə səfər edən Volodimir Zelenski Prezident Rəcəb Tayyib Ərdoğanla görüşərək, onunla bir çox mühüm məsələləri müzakirə edib. Zelenskinin Ankaraya səfərinin reallaşdığı bir vaxtda, Trampın keçən həftə Rusiya prezidenti Vladimir Putinlə 1,5 saatlıq telefon danışığından sonra Rusiya və Ukrayna arasında müharibənin dayandırılmasına nail olmaq üçün bu iki ölkənin rəsmiləri Səudiyyə Ərəbistanında görüşüblər.

Müzakirələrə Birləşmiş Ştatlar tərəfindən Dövlət katibi Marko Rubio, eləcə də ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valz və Tramp administrasiyasının Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff daxildir. Kremli isə müzakirələrdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov və xarici işlər müşaviri Yuri Uşakov təmsil edir. Narışkin də oradadır. Bir daha bildirək ki, Səudiyyə Ərəbistanında aparılan müzakirələrdə təcavüzə məruz qalan Ukrayna iştirak etmir.

Şahbaz ŞAMIOĞLU,
Bakı Slavyan Universitetinin professoru

– Bu il fevralın 14-də Münxendə keçirilən məlum konfras çərçivəsində ABŞ-ın vitse-prezidenti Vensin “Köhnə qitə”ni üzləşdiyi problemlərə görə aşağılayıcı tərzdə kəskin qınamasından sonra Avropa sanki qəflət yuxusundan ayılıb. Uzun onillər boyu Pentaqonun təhlükəsizlik çətiri altında “xumarlanan” Avropa ABŞ-ın himayəsi olmadan Rusiya tərəfindən öz mövcudluğu üçün real təhlükə ilə üz-üzə qaldığının fərqindədir.

Fevralın 17-də Fransa prezidenti Makron Ukraynada vəziyyətlə bağlı müzakirələr aparmaq üçün İngiltərə, Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya və Danimarka liderləri ilə görüşlər keçirib. NATO-nun baş katibi Mark Rutte, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də görüşdə iştirak ediblər.

ABŞ-ın münaqişəyə yanaşmasının dəyişməsi və ABŞ rəsmilərinin Avropanın sülh danışıqlarında rolunun olmayacağına dair təklifləri fonunda Avropa liderləri Ukraynaya davamlı dəstək vəd ediblər. Böyük Britaniyanın baş naziri Kir Starmer hətta onun hökumətinin müharibədən sonrakı istənilən sülhməramlı qüvvələrin bir hissəsi kimi Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, İkinci Dünya müharibəsi başlanan dövrdə də məhz Böyük Britaniya o zaman ən qətiyyətli və prinsipial mövqe sərgiləmişdi. Belə ki, Britaniyanın ovaxtkı baş naziri Uinston Çörçil Avropanın Hitler Almaniyasından gələn təhlükə qarşısında geniş koalisiyanın yaradılmasına nail olmuşdu. O zaman Çörçil ABŞ lideri Ruzvelti bu koalisiyaya qoşulmağa razı sala bilmişdi.

İndi Avropada hadisələrin məhz hansı istiqamətdə cərəyan edəcəyini demək çətindir. Burada hamı başa düşür ki, Ukraynanı nəyin bahasına olursa-olsun müdafiə etmək lazımdır. Bu, təkcə imic problemi deyil, həm də mövcudluq məsələsidir. Sadəcə, Avropanın birləşib vahid ordu yaratmaqdan başqa yolu yoxdur. Axı, adətən qonşu şamına ümid edənlər çox vaxt işıqsız qalırlar.

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2025 08:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri