İçib baba və nənəsinin qəbri üstünə getdi Bu hərəkəti etdi
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Biləsuvarda 20 yaşlı gənc doğma baba və nənəsinə məxsus məzarları dağıdıb.
Ölkə.az-ın xitab24.az-a istinadən məlumatına görə, hadisə Xırdmandalı kəndində baş verib.
Təqsirləndirilən V.Süleymanov ifadəsində hadisəni sərxoş halda törətdiyini, əməlindən peşman olduğunu bildirib. O, sərxoş halda qəbiristanlığa ailə üzvlərinin məzarlarını ziyarət etməyə getdiyini, orada olan vaxt uşaqlıda baş verən hansısa hadisənin yadına düşdüyünü, hazırda isə həmin məsələnin nədən ibarət olduğunu xatırlamadağını deyib.
Zərərçəkmiş şəxs qismində V.Süleymanovun əmisi tanınıb. O, bu əməlin bağışlanılmaz olduğunu bildirib. Lakin təqsirləndirilən şəxsin vəfat edən qardaşının oğlu olmasına görə, ondan şikayətçi olmadığını bildirib.
Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilən V.Süleymanov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 25 İyun 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















