Icma.az
close
up
RU
İçki içdikdən nə qədər sonra maşın sürmək olar? DYP cavablandırdı

İçki içdikdən nə qədər sonra maşın sürmək olar? DYP cavablandırdı

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sərxoş vəziyyətdə avtomobil idarə etmək hələ də bəzi sürücülər üçün adi hal kimi görünür.

Sərxoş halda sükan arxasına keçən sürücülər təkcə öz həyatlarını deyil, həm də digər yol istifadəçilərinin təhlükəsizliyini ciddi risk altına qoyur. Onlar tez-tez az miqdarda içki qəbul etdiklərini və ya sərxoş olmadıqlarını iddia edərək öz davranışlarını yüngülləşdirməyə çalışırlar. Yol polisi tərəfindən aparılan reydlər zamanı sərxoş sürücülər qanun qarşısında cavabdeh olur və məsuliyyətə cəlb edilir. Bəzi sürücülər isə reyd zamanı içkini əvvəlki günlərdə içdiklərini bildirirlər.

Həkimlər bildirirlər ki, spirtli içki qəbul etdikdən sonra maşın sürmək risklidir. Az miqdarda spirtli içki içilmişsə, sürmədən əvvəl ən azı 4–6 saat gözləmək tövsiyə olunur. Daha çox spirt qəbulu zamanı bu müddət 8–12 saata qədər uzana bilər. Sıfır risk üçün isə həkimlər növbəti günə qədər maşın sürməkdən çəkinməyi məsləhət görürlər.

Sürücü spirtli içki qəbul etdikdən neçə saat sonra avtomobil idarə edə bilər?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən  “Cebheinfo.az” – a bildirilib ki, sürücünün qanında və ya nəfəsində  qanunveriliciyə müvafiq miqdarda spirt aşkar edildikdə, bu hal hüquqi məsuliyyət yaradır:

“Spirtli içki qəbul etdikdən sonra avtomobil idarə etməyin konkret saatla ölçülən vaxtı yoxdur. Qanunvericiliyinə əsasən, sürücünün qanında və ya nəfəsində  qanunveriliciyə müvafiq miqdarda aşkar edildikdə bu hal hüquqi məsuliyyət yaradır.  Spirtli içkilər diqqət, reaksiya və qərarvermə qabiliyyətini zəiflədir, bu isə yol-nəqliyyat hadisələri riskini artırır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri