Trampdan seçki nəticələrinə dair İlk açıqlama
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Əgər mən seçki bülletenində olsaydım, böyük fərqlə qalib gələrdik”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratların irəliləyişi və Nümayəndələr Palatasında çoxluğu əldə etməyə yaxınlaşması fonunda Prezident Donald Tramp sosial şəbəkə hesabında yazıb.
Tramp “New York Times” qəzetinə müsahibəsində isə seçki nəticələrini qəbul etməyə tamamilə hazır olduğunu bildirib. Eyni zamanda, Prezident siyasi rəqibləri ilə kompromisə getməyə açıq olduğunu qeyd edərək, yeni dövrdə Demokratlarla işləməyə hazır olduğunu vurğulayıb. Səlahiyyət müddəti çərçivəsində Konqresdəki güc balansının dəyişməsi ehtimalına toxunan Tramp prezidentin veto hüququnu xatırlatmaqla yanaşı, ortaq məxrəcə gəlinəcəyini ifadə edib.
Açıqlanan son göstəricilərə görə, Demokratlar Nümayəndələr Palatasında çoxluq üçün tələb olunan 218 yerlik həddə doğru irəliləyirlər. Senat yarışlarında da Demokratlar mühüm uğurlar qazanıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















