Icma.az
close
up
RU
İçki və tütünə nə qədər pul xərclənilir?

İçki və tütünə nə qədər pul xərclənilir?

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi 4,8 milyard manat olub. Dövriyyənin 2,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,2 milyard manatı isə qeyri-ərzaq mallarıdır.

Metbuat.az xəbər verir ki, 2025-ci ilin ilk ayında içkilər və tütün məmulatlarına 230 milyon manatdan çox pul xərclənib. Bu ümumi pərakənda ticarət dövriyyəsinin 4.7 faizidir. Ötən ilin yanvar ayı müqayisədə içkilər və tütün məmulatlarına 1,8 faiz daha çox pul sərf edilib.

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, DSK-nin pərakəndə ticarət üzrə təsnifatında alkoqollu içkilər deyil, içkilər və tütün məhsulları birlikdə götürüldüyü üçün spirtili içkilərə nə qədər vəsaitin xərcləndiyi tam aydınlaşmır:

"Amma aydındır ki, burada alkoqollu içkilər xüsusi paya malikdir. İçki və tütün məhsullarına xərclənən vəsaitin çoxalmaslna qiymət artımları təsir göstərsə də, istehlak həcmi də xüsusi paya malikdir. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.5 litr olduğu halda, bunun 2030-cü ildə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır. Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə ixrac etmək daha faydalıdır".

Deputat müqayisə üçün qeyd edib ki, spirtli içkilər və tütün məmulatlarının pərakəndə ticarət dövriyyəsində payı Gürcüstanda 3.4, Türkiyədə 3.3, Özbəkistan 3.2, Qazaxıstanda 2.4, Türkmənistanda 2.2 faizdir. İnkişaf etmiş ölkələrdən isə İtaliya 4.2, Kanada 3.7, Almaniya 3.5, Böyük Britaniya 3.4,Çində 3.0, Yaponiyada 2.7, ABŞ-da 2.0 faizə malikdirlər. Spirtli içki və siqaretə ən çox üstünlük verən dövlətlər isə Laos (10.8%), Serbiya (8.4%), Bosniya və Hersoqovina (8.3%), Çexiya (8.2%), Belarus (7.7%), Macarıstan (7.6%), İndoneziya (7.4%), Latviya (7.4%) və Rusiyadır (7.3%).

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri