Icma.az
close
up
RU
İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil” SƏDR AÇIQLADI

İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil” SƏDR AÇIQLADI

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“Qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə qarşıya qoyulan prioritetlərdən biri də şirin su ehtiyatlarına qənaət edilməsi, su resurslarının səmərəli idarəciliyinin tətbiqidir. 2020-23-cü illərdə işğalda olan Qarabağ torpaqlarının azad olunması ilə şirin su ehtiyatlarımızın həcmi artıb. Sərsəng, Xaçınçay, Suqovuşan kimi su anbarları anbarları artıq ölkəmizin nəzarətindədir". Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Onun sözlərinə görə, son zamanlar əsas şirin su ehtiyatımız olan Kürdə suyun səviyyəsi artıb: "Təbii ki, bu, mövsümi prosesdir. Dağlarda qarlın əriməsi və yağıntıların miqdarının artması çaylarda sululuğu artırıb. Azərbaycan Cənubi Qafqazda ən az su ehtiyatlarına malik ölkədir. 10 milyonluq əhalisi olan ölkəmiz çayların sayına görə 3 milyonluq Gürcüstandan geri qalır. Tərsikdən içməli su ehtiyatlarımızın əsas qaynağı olan çaylar da transərhəd çaylarıdır. Bir qismi Gürcüstan, bir qismi Ermənistandan ölkəmizə daxil olur. Transərhəd çaylarının bir hissəsi dağ-mədən sənayesinin zərərli tullantıları ilə çirkləndirilir.

Hesablamalara görə, Azərbaycan 2040-cı ildə su stresi yaşayacaq ölkələr siyahısına daixl ola bilər. Mövcud su ehtiyatlarına mümkün qədər qənaət etməliyik. Suvarma sistemi yenilənməli, su kanallarının səthinin betonlaşdırılması həyata keçirilməlidir. Əlavə su mənbələrinə çıxış imkanları araşdırılmalıdır. Əlavə mənbələrdən biri dəniz suyunun duzsuzlaşdırılmasıdır. Bununla bağlı ölkəmizdə müəyyən layihələr icra edilib. Yaxın gələcəkdə yarana biləcək su qıtlığı probleminin həlli məqsədi ilə 2012-ci ildə Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən, tərs osmos membranları ilə təchiz olunmuş və yüksək texnologiyaya əsaslanan zavod inşa edilib. Bir neçə il bundan öndə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrası ilə bağlı daha bir qərar verilmişdi. Pilot layihə ilk növbədə paytaxt Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılmasını qarşıya məqsəd qoyur".

Sədr bildirir ki, bu ilin əvvəli ölkəmizdə dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə müsabiqənin nəticəsi açıqlanıb: "Müsabiqəyə təqdim olunmuş təkliflərin texniki və maliyyə qiymətləndirilməsinin nəticələrinə görə, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqə üzrə birinci olub. Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min kubmetr su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir.

Qeyd edim ki, Səudiyyə Ərəbistan şirkəti olan “ACWA Power” suyun duzsuzlaşdırılması və yaşıl hidrogen sahələrində qabaqcıl özəl kompaniyalardan biridir. Bu cür müəssisələrin qurulması həm su stressini azaldacaq, həm də iqtidasiyyatın canlanmasına, yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Bütün bu layihələr tədqirəlayiqdir. Amma əhalinin içməli su ilə təminatı strateji məsələ olduğundan su idarəetməsinin təkmilləşdirilməsinə diqqət yetirilməlidir. İlk növbədə texniki su şəbəkəsinin yaradılması, tullantı sularının təkrar emalı həyata keçirilməlidir. İçməli suyun yaşıllaşdırmaya, avtoyumaya verilməsi doğru deyil”- deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 May 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see213

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see207

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see192

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see158

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see152

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see150

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri