ICMP: Azərbaycan Ermənistan sülh sazişində istintaq və araşdırma ifadələrinin yer alması mühüm addımdır
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan-Ermənistan sülh sazişinin layihəsində “istintaq” və “araşdırma” kəlmələrindən istifadə olunması təqdirəlayiqdir.
APA xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) Baş direktoru Katrin Bomberger “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının paraflanması çox mühüm irəliləyişdir. Yeri gəlmişkən, ilk dəfədir rast gəlirəm ki, sülh sazişində “istintaq” və “araşdırma” sözlərindən istifadə olunur”, - Katrin Nomberger qeyd edib.
O bu məqamı münaqişə nəticəsində itkin düşmüş şəxslərin taleyinin araşdırılması, onların ailələrinin məlumatlandırılması baxımından əhəmiyyətli addım adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 09 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















