Icma.az
close
up
RU
İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

İcra başçısı müavinlərini, köməkçisini və daha bir neçə məmuru işdən çıxardı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balakən Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişiklikləri həyata keçirilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb.

Belə ki, icra başçısının birinci müavini Turan Dibirov vəzifəsindən azad edilərək başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Eyni zamanda, icra başçısının digər müavini Nəzakət Rüstəmova da 21 ildir çalışdığı vəzifəsindən azad edilib.

Bundan əlavə, icra başçısının köməkçisi Aydın Xoçberov vəzifəsindən azad olunaraq, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunda məsləhətçi (vətəndaşların  müraciətləri üzrə işin aparıcısı) vəzifəsinə təyinat alıb.

Elxan Murtuzov Sektor müdiri – baş mühasib vəzifəsindən azad olunub, o, yeni yaradılan İnzibati işlər sektorunda aparıcı məsləhətçi (mühasib) vəzifəsinə təyin edilib. Sektor müdiri – baş mühasib vəzifəsi isə vakansiyaya çıxarılıb.

Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova da vəzifəsindən azad olunaraq, hüquq və kadr məsələləri sektoruna məsləhətçi təyin edilib. Sektor müdiri vəzifəsi vakansiyaya çıxarılıb. 

Rayonun baş memarı Tahir Rəcəbov da vəzifəsindən azad edilib, yeni yaradılan Memarlıq-tikinti məsələləri sektoru sektor müdiri (baş memar) vəzifəsi vakant elan olunub. 

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Nərgiz Hacıxanova da vəzifəsindən azad edilib və şöbə sektora çevrilib, hazırda sektor müdiri vəzifəsi vakantdır.

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi sektora çevrilib. Sektorun müdiri vəzifəsi vakansiyaya çıxarılıb. Əvvəllər şöbəyə rəhbərlik edən Ağa Ağayev isə məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, RİH-də həyata keçirilən struktur dəyişikliyi nəticəsində daha bir neçə nəfər işdən çıxarılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri