İcra başçısı və maliyyə öhdəliklərini yerinə yetirməyən sponsor bir araya gətirdi Problem yoluna düşəcəkmi?
Icma.az bildirir, Fanat portalına istinadən.
2-ci Liqa təmsilçisi "Şəki Siti"nin məşqçi və futbolçularının 2 aydır maaş üzünə həsrət qaldıqlarını və AFFA-nın vəziyyətə müdaxilə etmək qərarına gəldiyini sizlərə çatdırmışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, dünən FİF-in (Futbolun İnkişaf Fondu) ofisində görüş keçirilib.
Görüşə sözügedən komandanın titul sponsoru olan "Flybast" şirkətinin direktoru Rövşən Abdullayev, klubun idman direktoru, baş məşqçisi Elvin Həsənov, eləcə də Şəkinin icra başçısı Elxan Usubov dəvət olunub. FİF-in icraçı direktoru Tural Piriyevlə birlikdə mövcud vəziyyət müzakirə olunub, "Flybast"ın maliyyə öhdəliklərini yerinə yetirməməsinin səbəbi araşdırılıb. Bu görüşün ardından vəziyyətin yaxşıya doğru düzəlmək ehtimalı artıb.
Məsələni diqqətdə saxlayacağıq.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 19 Noyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















