Icma.az
close
up
RU
İcra başçısının adını hallandığı qalmaqal... Məhkəmə qohumunun şikayəti üzrə qərar verdi

İcra başçısının adını hallandığı qalmaqal... Məhkəmə qohumunun şikayəti üzrə qərar verdi

Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Babayev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törədilməsində təqsirli bilinərək, 2 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Rəşad Babayevin cəzası 7 ildən 6 il 9 aya endirilib.

Qeyd edək ki, onlar sözügedən qurumdan 194 min manat mənimsəməkdə ittiham edilib. Təqsirləndirilən şəxs Rəşad Babayev məhkəmədə ifadəsində bildirib ki, əvvəllər rabitə sahəsində mühasib işləyib və sonradan ixtisara düşdüyü üçün qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə düzəlib. O, ittifaqda mühasib kimi işlədiyi vaxt "ASAN İmza" ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10.842,97 manat maaş yazmaqla, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə iddia edib ki, onu Seymur Orucov buna məcbur edib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetidiyini bildirib. Belə ki, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat (Rabitə) Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib. İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiya yol verməyə başlayıb. O, 2020-2022-ci illər ərzində işlədiyi müəssisədə əmək haqqı kartına əlavə pul köçürmələri etməklə hissə-hissə 194.000 manat məbləğində pul mənimsəyib. Rəşad Babayev iddia edib ki, sonradan həmin pulu nağdlaşdırıb və 194.000 manatdan 135.000 manatını bir dəfəyə Seymur Orucova şəxsən verib, 15.000 manatı Gülbənizə qaytarıb, qalan 44.000 manatı isə öz ehtiyaclarına sərf edib. Rəşad Babayevlə əlbir olmaqda ittiham edilərək saxlanılan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov məhkəmədə baş mühasiblə birlikdə heç bir cinayət törətmədiyini bildirib. Əksinə o, müxtəlif yuxarı orqanlara müraciət edərək Rəşad Babayevin fəaliyyətinin 2020-ci ilin mart ayından 2022-ci il iyun ayına kimi təftiş olunmasını xahiş etdiyini söyləyib.

S.Orucov isə iddiaları təkzib edir.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://mia.az
archiveBu xəbər 15 Avqust 2025 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri