Icma.az
close
up
RU
“İcra Hakimiyyətinin şöbə müdiri tikintiyə icazə verməsi üçün məndən 15 min manat rüşvət tələb etdi” ŞİKAYƏT

“İcra Hakimiyyətinin şöbə müdiri tikintiyə icazə verməsi üçün məndən 15 min manat rüşvət tələb etdi” ŞİKAYƏT

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xaçmaz rayon sakini Nəcəfov İbrahim Zahir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, İcra hakimiyyətindən tikinti üçün icazə alsada sonradan ona problem yaradıblar.

“Mən, Nəcəfov İbrahim Zahir oğlu, yazaraq bildirirəm ki, 2024-cü ilin əvvəlində Xaçmaz rayon İcra Hakimiyyətinin Tikinti nəzarət şöbəsinin müdiri Kamil Gəncəliyev tikintiyə icazə sənədi verməsi üçün məndən 15 000 manat məbləğində (rüşvət) tələb etdi. Bu barədə lazımi qurumlara məlumat vermişəm. 1 dəfə Nazirlər kabinetində, 2 dəfə də Prezident Administrasiyasında olmuşam.  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Nazim Rəcəbovun qəbuluna yazıldım, amma qəbul etmədi. Yəni bütün qurumlara yazmağıma baxmayaraq, məsələ ilə maraqlanan olmayıb.

Bir müddət keçdikdən sonra məni Xaçmaz rayon İcra Hakimiyyətinə dəvət etdilər. Orada icra başçısı Elnur Rzayevlə görüşdüm. Elnur Rzayev pul məsələsindən xəbərsiz olduğunu bildirdi. Bu işdə mənə kömək etməsi üçün 1-ci müavini Anar müəllimə göstəriş verdi. Anar müəllim isə şikayətimi geri götürməyimi təklif etdi. “Şikayətini geri götür, daha sonra köməklik göstəriləcək”, - dedi.

Mən də Xaçmaz rayon Polis şöbəsinə gedərək, İcra Hakimiyyətinin başçısı ilə razılaşdığımız, aramızda artıq problem olmadığı barədə izahat verdim. İşin gedişatı ilə əlaqəli daimi olaraq 1-ci müavin və şöbə müdiri Fuad müəllimə məlumat vermişəm.

Beləliklə, tikinti işləri yekunlaşmaq üzrə olanda, beton kəmərin töküldüyü gün  Xaçmaz rayon Polis şöbəsinin PPX əməkdaşları gələrək bizi Xaçmaz rayon polis şöbəsinə apardılar. Şöbədə məndən tikintiyə icazə sənədini təqdim etməyimi isdədilər. Mən də tikintiyə qanuni icazəmin olmadığını, müavin Anar müəllimin icazə verdiyini bildirdim. Onlar mənə “ tikintiyə icazən olmadığı üçün səni 800 manat məbləğində cərimə edəcəyik”, - dedilər.

Mənə heç bir rəsmi xəbərdarlıq olunmadan, tikinti işlərinin dayandırılması ilə əlaqədər rəsmi məktub göndərilmədən barəmdə protokol tərtib etdilər və 395-ci maddəni yazdılar.

Hazırda tikinti işləri dayandırılıb, heç bir iş görülmür.

Ən maraqlısı odur ki, tikintiyə icazə veriləndən sonra niyə məhz sonda məni cərimə edirlər və tikintini dayandırmağımı tapşırırlar?! Bu tikinti aylardır gedir, lazımi qurumların hər birinin də xəbəri var idi. 

Mən, sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı mənə köməklik göstərsinlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see179

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see153

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see149

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri