Icma.az
close
up
RU
Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200 000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.

Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan Icrammer.com daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı bu platforma istifadəçilərə təkcə geniş tapşırıq bazası deyil, eyni zamanda anlaşıqlı izahlar, ani dəstək və fərdi öyrənmə yanaşması da təqdim edir.

Icrammer.com-un əsas üstünlüklərindən biri - yerli proqrama mümkün dərəcədə uyğun hazırlanmış 200 000-dən çox unikal praktiki riyaziyyat tapşırığıdır. Bu göstərici platformanı bazardakı bir çox alternativdən əhəmiyyətli dərəcədə fərqləndirir və daha geniş, sistemli və çevik hazırlıq imkanı yaradır. Platformada təqdim olunan süni intellekt dəstəyi sayəsində istifadəçilər suallarına dərhal cavab ala, mövzuları daha aydın formada başa düşə və hazırlıq prosesində davamlı istiqamətləndirmə əldə edə bilirlər.

Icrammer.com, eyni zamanda, Azərbaycan, rus və ingilis dillərində istifadə imkanını bir sistemdə birləşdirir. Bu yanaşma müxtəlif dil üstünlüklərinə malik istifadəçilər üçün daha rahat və inklüziv hazırlıq mühiti formalaşdırır, onlara özlərini ən rahat hiss etdikləri dildə öyrənmək imkanı verir.

Platformanın əsas məqsədi yüksəkkeyfiyyətli imtahan hazırlığını daha geniş auditoriya üçün əlçatan, effektiv və münasib etməkdir. Icrammer bu məqsədlə süni intellekt texnologiyalarından istifadə edərək hər bir istifadəçinin öyrənmə tərzinə uyğunlaşan daha çevik və fərdiləşdirilmiş təhsil dəstəyi formalaşdırır.

Yaxın həftələr ərzində platformada bir sıra mühüm yeniliklərin istifadəyə verilməsi planlaşdırılır. Bunlara Azərbaycan dili və ingilis dili fənləri üzrə genişləndirilmiş sual bazaları, əlavə hazırlıq imkanları və daha təkmilləşdirilmiş fərdiləşdirilmiş öyrənmə alətləri daxildir. Gələcək mərhələlərdə isə yeni beynəlxalq və yerli hazırlıq istiqamətləri üzrə yeni fənlərin əlavə olunması, süni intellekt əsaslı öyrənmə imkanlarının genişləndirilməsi və platformanın daha geniş təhsil ekosisteminə çevrilməsi planlaşdırılır.

Yeniliklərdən biri budur ki, istifadəçilər bir həftəlik "free trial"dan istifadə edə bilərlər. Yaxud abunəsiz şəkildə - belə 15 prompt şansı həftəlik "chatbox"dan və beş test generasiyasından istifadə edə bilərlər (Hər həftə limit yenilənir).

Icrammer komandası platformanı birbaşa istifadəçilərin real təhsil ehtiyacları əsasında inkişaf etdirdiyini vurğulayır. Məhz buna görə rəy, təklif və ideyalar platformanın gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Komanda təhsil həyatının müxtəlif mərhələlərində olan bütün öyrənənləri, abituriyentləri, tələbələri, valideynləri və müəllimləri Icrammer.com-u izləməyə, sınaqdan keçirməyə və öz təkliflərini bölüşməyə dəvət edir.

Platformanın təqdimatı münasibətilə istifadəçilər üçün xüsusi təşəbbüs də hazırlanıb. 10 may tarixinədək abunəlik əldə edənlər arasında təsadüfi seçim əsasında 3 istifadəçiyə 1 illik ödənişsiz giriş imkanı təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 May 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri