Icma.az
close
up
RU
Aktyorluğu öyrən layihəsində diplom tamaşaları təqdim olunub

Aktyorluğu öyrən layihəsində diplom tamaşaları təqdim olunub

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Aktyorluğu öyrən” layihəsi çərçivəsində iki qrup üzrə diplom tamaşalarının nümayişi həyata keçirilib.

Layihə çərçivəsində 2025-ci il iyunun 29-da azyaşlı, yeniyetmə və gənclərin iştirakı ilə Pərvin Nurəliyevanın “Cırtdanino” və Aleksandr Volkovun “Zümrüd şəhərinin sehrbazı” adlı tamaşalar izləyicilərə təqdim olunub.

Nümayişin açılışında Mərkəzin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov və teatrşünas Dağlar Yusif layihənin əsas məqsədinin azyaşlı, yeniyetmə və gənclərdə teatr və kino sənətinə marağın artırılması, bədii zövq və istedadın formalaşdırılması, eyni zamanda aktyorluq ixtisasının ilkin biliklərinin tədrisi olduğunu bildiriblər.

Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev və quruluşçu rejissorlar, qrup rəhbərləri Qasım Nağı və Əməkdar artist Qurban Məsimov doqquz ay davam edən proqram çərçivəsində həftədə iki dəfə, hər biri iki akademik saat olmaqla peşəkar pedaqoqlar tərəfindən keçirilən dərslərin, uşaqların sənətə sevgisi, asudə vaxtın səmərəli təşkili, özünüifadə, səhnə plastikası baxımından önəmini vurğulayıblar.

Tədris prosesi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin hazırladığı xüsusi proqram əsasında təşkil olunub. Proqrama tələbələrin peşəkar teatr və kino mühitində təcrübə qazanması, eləcə də tanınmış sənətçilərin iştirakı ilə keçirilən ustad dərsləri daxil edilib.

Hər iki tamaşa izləyicilərə xoş təəssüratlar bağışlamış, tədris proqramını uğurla tamamlayan iştirakçılar sertifikat və diplomlarla təltif olunublar. 

Digər qruplar üçün 7 iyul tarixində diplom tamaşasının nümayişi nəzərdə tutulub. Layihə çərçivəsində daha bir qrupun tədris prosesi uğurla davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 İyun 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri