Icma.az
close
up
RU
İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

İctimai iaşə fəaliyyəti ilə əlaqədar nağdsız hesablaşmalara diferensial yanaşma tətbiq ediləcək

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əlavə dəyər vergisi (ƏDV) məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Hazırda qüvvədə olan qanuna əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Layihəyə əsasən, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri tərəfindən ay ərzində aparılmasına icazə verilən nağdsız hesablaşma limiti onların satış dövriyyəsindən asılı olaraq, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi həcmində, lakin əlli min manatdan çox olmamaqla müəyyən edilir. Eyni zamanda, minimum hədd saxlanılır, yəni vergi ödəyicisinin satış dövriyyəsinin 2 faizi 30 min manatdan az olarsa, o əvvəlki qaydada 30 min manatadək aylıq xərcləri nağdsız qaydada həyata keçirə bilər. 

Başqa sözlə, dövriyyədən asılı olaraq diferensial yanaşma aşağıdakı kimi müəyyən edilir:

-ƏDV və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılmalıdır;

-əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan çox, 50 min manatdan az olduqda, satış dövriyyəsinin 2 faizindən artıq olan hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılmalıdır;

-əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 50 min manatdan çox olduqda, nağd hesablaşma limiti 50 min manat olur, təqvim ayı ərzində ümumi məbləği 50 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər isə yalnız nağdsız qaydada aparılmalıdır.

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Dekabr 2024 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri