İctimai iaşə obyektlərində növbəti monitorinqlərə başlanılır
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 13 sentyabr tarixindən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.
Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək. "Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 13 sentyabr tarixindən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq.
Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək. "Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər".

İctimai iaşə obyektlərində növbəti monitorinqlər keçiriləcək
08 Aprel 2025 11:25
“İctimai iaşə obyektlərində yerləşdirilən sertifikatların etibarlılığı şübhə doğurur” AÇIQLANDI
22 Avqust 2025 15:48
İctimai iaşə dövriyyəsi 11 %
23 Noyabr 2024 14:02
İctimai iaşə dövriyyəsi artıb
11 İyul 2025 17:48
Azərbaycanda ictimai iaşə dövriyyəsi artıb
15 May 2025 13:47

