İctimai müzakirələr bölgələrə də daşınsın TƏKLİF
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İctimai müzakirələr Milli Məclisin müvafiq komitələrinin iştirakı ilə bölgələrdə də keçirilməlidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov parlamentin bugünkü plenar iclasında deyib.
Deputat bildirib ki, bölgələrdə keçiriləcək müzakirələr zamanı müxtəlif sahələr üzrə yerli əhalinin və maraqlı tərəflərin fikirlərinin öyrənilməsi qanunvericiliyin hazırlanmasına fayda verə bilər.
E.Nəsirov iqtisadi məsələlərlə bağlı sahibkarlarla, sosial məsələlərlə bağlı vətəndaşlarla, kənd təsərrüfatı məsələləri üzrə isə fermerlərlə görüşlərin keçirilməsini təklif edib.
Onun sözlərinə görə, bu yolla qanunlarla bağlı yerli əhalinin və konkret sahələrdə fəaliyyət göstərən şəxslərin mövqelərini daha dərindən öyrənmək mümkün olar.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















