İctimai nəqliyyat və avtobus zolaqları şəhər nəqliyyatı üçün niyə önəmlidir? TƏHLİL FOTO
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəhər nəqliyyatının səmərəli təşkili üçün ictimai nəqliyyata üstünlük verilməsi əsas şərtlərdən biri hesab olunur.
Avtosfer.az xəbər verir ki, avtobus zolaqlarının yaradılması tıxacların artmasına deyil, əksinə, küçələrin buraxılış qabiliyyətinin yüksəlməsinə xidmət edir.
Müqayisəli fotolar aydın şəkildə göstərir ki, bir avtobusda daşınan sərnişinlərin tutduğu yol sahəsi, eyni sayda insanın minik avtomobillərində hərəkəti ilə müqayisədə xeyli azdır. Sadə dildə desək, küçə sahəsindən daha səmərəli istifadə edən nəqliyyat növü ümumi hərəkət axınını daha effektiv təmin edə bilir.
Bu baxımdan avtobus zolaqlarının salınması küçədə hərəkətin təşkilini optimallaşdırır, ictimai nəqliyyatın sürətini və dəqiqliyini artırır. Nəticədə minlərlə sərnişin daha qısa vaxtda mənzil başına çatır, tıxacların ümumi təsiri isə azalır.
Ekspertlər vurğulayırlar ki, avtobus zolaqları şəxsi avtomobil sürücülərinə qarşı yönəlmiş addım deyil. Bu qərarların əsasında emosiyalar yox, riyazi hesablamalar, həndəsi ölçülər və şəhər nəqliyyatının real imkanları dayanır. İctimai nəqliyyata verilən prioritet ümumilikdə şəhər mobilliyini artırır və küçələri hamı üçün daha səmərəli edir.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 06 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















