Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

İctimai nəqliyyatın avtobus seqmenti yaxşı işləyir TƏHLİL

İctimai nəqliyyatın avtobus seqmenti yaxşı işləyir TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Buna görə taksi xidmətində bahalaşmanın davam edəcəyi real görünmür


Test imtahanından keçən taksi sürücülərinə sertifikatların verilməsinə başlanılıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, 24 yanvar 2025-ci il tarixində taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən korpusundan əldə edə bilər. 

"Sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə etməklə müraciət göndərməlidirlər",- deyə məlumatda qeyd edilib.

Taksi sürücülərinin sertifikasiyaya, imtahana cəlb olunması nəyi dəyişdi? Hazırkı situasiyaya baxsaq, qiymət dəyişikliyi daha çox hiss olunur. Taksi xidməti qiymətində artım baş verib. 1 manatlıqlar 2 manata aparır sərnişini. İmtahanlara, sertifikasiyaya, köhnə istehsal tarixi olan avtomobillərə xidmət göstərmək məhdudiyyətinə görə taksilərin sayı da azalıb. Bu da sərnişinləri narahat edir. Elə dünən – 20 fevral tarixində qarlı hava şərati ilə bağlı ictimai nəqliyyatın hərəkətində yenə gecikmələr yaranıb, mənzil başına çatmaq istəyən sərnişinlər taksi də tapa bilməməkdən gileylənirdilər. Sosial şəbəkələrdə yazılanlara istinad etsək, yeni qaydalar taksi sürücülərinin intellektual səviyyəsini, mədəniyyətini o qədər də yüksəltməyib. O zaman bu imtahanlar nəyə lazım idi? Ümumiyyətlə, lazım idimi?


Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, taksi sürücülərinin sertifikasiyaya cəlb olunması labüd idi: 

- Prosesə 2023-cü ilin oktyabrından start verildi. Elan edildi ki, avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bununla bağlı məlumat yaymışdı. Bildirilirdi ki, icazələr AYNA tərəfindən 7 il müddətinə verilir: "Qanunvericiliyin tələbinə əsasən, ölkə daxilində qeyri-müntəzəm sərnişindaşıma, eləcə də, yükdaşıma ilə məşğul olan şəxslərə buraxılış vəsiqəsi ödənişsiz veriləcək. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, müntəzəm daşımalarda, eləcə də, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı Nazirlər Kabineti tərəfindən təsdiq edilən tələblərə uyğun olmalıdır. Təsdiq olunacaq texniki göstəricilərə, daxili və xarici tərtibata dair tələblərə cavab verən taksi və müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrinə AYNA tərəfindən buraxılış kartı veriləcək. Buraxılış kartı olmayanlara isə taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. Bu da gözlənilən idi. Çünki son zamanlar taksi fəaliyyətindən narazılıqlar artmışdı. Baxmayaraq ki, taksi fəaliyyəti operativliyin təmini ilə müqayisədə ən ucuz xidmət növü hesab edilir, bəzən vətəndaşlar narazı qalırdılar. Xüsusən də taksi sürücülərinin etik davranış qaydalarını kobud pozması səbəbindən. Əlbəttə, taksi sürücülərinin təlimlərə cəlb olunması, təlimlərin sonunda sertifikatla təmin edilmələri və icazə sənədi almaları müsbətdir. Bu, taksi xidməti sahəsində qayda-qanun yaradılmasına xidmət edir. Sürücü qaydalara uyğun davranmalıdır, əks halda cərimə ediləcək. Taksi fəaliyyətinə dair tələblər onsuz da mövcud idi. Sadəcə, “Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edildiyindən taksi fəaliyyətinə dair tələblərə də dəyişiklik edildi. Taksi xidməti ilə məşğul olanların müvafiq icazə sənədi mütləq olmalıdır. Lakin bu işlər elə icra edilməlidir ki, əhali narazı qalmasın. Bir tərəfdən taksi xidməti sahəsində qayda-qanun yaradılır, bir tərəfdən də sübh tezdən işə gedən və ya axşam gec saatlarda işdən çıxan adamlar nəqliyyat vasitəsi tapmaqda çətinlik çəkirlər. Xüsusən də soyuq, qarlı, yağışlı havalarda. Taksi sürücülərinin də gediş haqqını qaldırmaq üçün əllərinə bəhanə düşür. Soyuğu, yolların qarlı, buzlu olmasını, icazə sənədini, buraxılış vəsiqəsini bəhanə edirlər. Adi vaxtlarda sərnişinləri adambaşı 1-2 manata aparan sürücü, qarlı havada qiyməti 5 manata qaldırır. Səbəb də göstərir ki, riskə gedir. Maşın xarab ola bilər, onun təmirinə əlavə pul xərcləməli olacaq və sair. Ona görə də gediş haqqını qaldırırlar. Yəni bir növ bununla özünü, nəqliyyat vasitəsini sığorta edir guya. Aidiyyəti qurumlar belə məsələlərə nəzarət etməlidir. Sürücüdən təlimlərə qatılmağı, dövlət rüsumu ödəməyi tələb edirlər, amma sərnişin şikayət edəndə ki, taksilər qiyməti qaldırıb, cavab verirlər ki, özəl şirkətdir, müdaxilə etmək ixtiyarları yoxdur. Vəziyyət bu həddə çatmasın deyə, ictimai nəqliyyatın hərəkəti fasiləsiz olmalıdır. Heç kim istəməz ki, 50-55 qəpiyə gedə biləcəyi məsafəyə görə 2 manat ödəsin. Avtobuslar vaxtlı-vaxtında yola çıxsalar, sərnişinlər ictimai nəqliyyatdan istifadə edər.

E.Cəfərov bununla belə, taksi sürücülərinin imtahanlara cəlb olunduqdan sonra keyfiyyətdə müsbət mənada qismən dəyişkilik olduğunu da dedi: 

- Qiymətlərdə enmə-qalxmalar olsa da, keyfiyyət yüksəlib. Vətəndaşlar taksilərdən istifadə edirlər fəal olaraq, sadəcə, Bakının bəzi hissələrində yeni avtobus marşrutları açıldığından və marşrutlara yeni avtobuslar buraxıldığından, intervallar azaldığından bir qisim vətəndaş artıq ictimai nəqliyyatın avtobus seqmentinə üstünlük verir. Taksi xidmətində bahalaşmanın davam edəcəyini düşünmürəm, çünki artıq ictimai nəqliyyatın avtobus seqmenti ötən illərə nisbətən yaxşı çalışmağa başlayıb. 

Qeyd edək ki, 2024-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin apardığı islahatlar nəticəsində taksi minik avtomobillərinin orta yaşı 15-dən 7-yə düşüb. Bu barədə Agentliyin məlumatında bildirilir: “İl ərzində elektrik və hibrid taksilərin sayı artıb, vahid rəngin tətbiqi təmin edilib, təhlükəsizlik artıb, ekologiyaya mənfi təsir azalıb, daha rahat və keyfiyyətli xidmət təmin olunub. Yenilənmiş avtomobil parkı paytaxtımızda daha təhlükəsiz, dayanıqlı və rahat mobillik mühiti formalaşdırır”, - deyə məlumatda qeyd olunub. “Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar” mövzusunda mətbuat konfransında AYNA  İdarə Heyətinin sədri Anar Rzayev isə qeyd edib ki, 2024-cü ildə taksi daşımalarında 13 513 sahibkara buraxılış vəsiqəsi verilib: “Taksi minik avtomobillərinə verilən buraxılış kartlarının sayı 21 620 ədəd olub. Tələblərə uyğun olan taksi minik avtomobillərinin buraxılış kartı alınmasına cəlb edilməsi, uyğun olmayan nəqliyyat vasitələrinin taksi fəaliyyətindən kənarlaşdırılması davam etdirilir. Buraxılış kartı alan taksilərin 35 faizi 2020-24-cü illərdə istehsal olunan nəqliyyat vasitələridir. 13 taksi operatoruna icazə verilib. Təxminən 34 198 taksi sürücüsü təlimdən keçib. Taksi sahəsində islahatlara yenicə başlanmasına baxmayaraq, artıq müsbət nəticələr müşahidə olunur. Bu islahatların məqsədi qiymətlərin artırılması deyil. Taksi fəaliyyətinin tənzimlənməsi avtomobillərin keyfiyyətini və sürücülərin hazırlığını əhatə edir. Həmçinin sürücülərin fəaliyyəti Əmək Məcəlləsinin tələblərinə uyğun tənzimlənir. Göstərilən xidmətlərdə xaotiklik aradan qaldırılırsa, müəyyən korreksiyalar ola bilər”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 02:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri