Icma.az
close
up
RU
İctimai nəqliyyatın bitməyən kondisioner problemi

İctimai nəqliyyatın bitməyən kondisioner problemi

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər ölkə ərazisində müşahidə olunan isti hava şəraiti gündəlik həyatın bir çox sahələrinə təsir edir. Xüsusilə ictimai nəqliyyatda sərnişinlərin rahatlığı məsələsi yenidən gündəmə gəlib. Sıxlıq, yüksək temperatur və havalandırma sistemlərinin yetərli olmaması avtobus və digər nəqliyyat vasitələrində sərnişin narazılığına səbəb olur.
Bəzi sərnişinlər kondisionerlərin işləmədiyindən, bəziləri isə nəqliyyat vasitələrində havalandırmanın kifayət qədər təmin olunmadığından şikayətlənirlər. Mütəxəssislər bildirirlər ki, problemin səbəbləri arasında texniki nasazlıqlar, avadanlıqların düzgün istifadəsi ilə bağlı məsələlər və bəzi hallarda sürücülərin kondisionerdən istifadə etməməsi kimi hallar ola bilər.

İsti havalarda sıx nəqliyyat vasitələrində uzun müddət qalmaq sərnişinlər arasında gərginlik və aqressiyanın artmasına da səbəb olur. Digər tərəfdən, taksi xidmətlərində kondisionerdən istifadəyə görə əlavə ödəniş tələb edilməsi ilə bağlı iddialar da müzakirə mövzusuna çevrilib.

Bəs ictimai nəqliyyatda kondisioner problemi nə dərəcədə geniş yayılıb? Bu məsələyə nəzarət necə həyata keçirilir? İsti havalarda sərnişinlərin rahatlığı üçün hansı tələblər yerinə yetirilməlidir?

Mövzu ilə bağlı “Metropoliten”-in mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a açıqlama verib:

B.Məmmədov, yeni nəsil qatarlarda mikroiqlimə nəzarət sisteminin və kondisionerin mövcud olduğunu söyləyib:

“Qatarlarla bağlı qeyd etmək lazımdır ki, Bakı metropolitenində iki nəsil qatar mövcuddur. Üçüncü nəsil qatarlarda kondisioner anlayışı yoxdur. Həmin qatarlarda yalnız istehsal dövründə zavod tərəfindən quraşdırılmış havalandırma sistemi mövcuddur.
Yeni nəsil qatarlarda isə mikroiqlimə nəzarət sisteminin tərkibinə kondisionerlər də daxildir. Köhnə nəsil qatarlarda isə belə sistem yoxdur.
Təbii ki, hər bir qatarın tərkibində olan digər sistemlər kimi, kondisioner sisteminin də iş rejimi barədə mütəmadi məlumatlar paylaşırıq. Sistem avtomatik rejimdə çalışır. Yəni digər nəqliyyat növlərindən fərqli olaraq, sadəcə qoşulub-söndürülən sistem deyil, daimi tənzimləmə prinsipi ilə fəaliyyət göstərir.
Havanın temperaturu, rütubət səviyyəsi, havanın təmizliyi və digər bir neçə parametr avtomatik tənzimləmə sistemi vasitəsilə nəzarətdə saxlanılır. Temperatur da bu parametrlərdən biridir.
Bu əsasda deyə bilərəm ki, hansı vaqon və ya qatarın köhnə, hansının isə yeni nəsilə aid olduğunu müəyyənləşdirmək mümkündür”.

O, Qatarların kondisioner və havalandırma sistemlərinə daim nəzarət olunduğunu bildirib:

“Xəttdə hər gün qatarların hərəkətinə nəzarət olunur və bu nəzarətin tərkibində kondisioner sistemi ilə təchiz olunmuş qatarlara da ayrıca diqqət göstərilir.
Əgər hər hansı sərnişin tərəfindən şikayət daxil olarsa, operativ reaksiya verilir. Bunun üçün Bakı Metropolitenində artıq müəyyən müddətdir fəaliyyət göstərən Əlaqə Mərkəzi mövcuddur. Bu, sadəcə qaynar xətt deyil, daha geniş funksiyalara malik bir mərkəzdir. Sosial media üzərindən yönləndirilən suallar və sorğular da operativ şəkildə cavablandırılır.
Yəni hər hansı qatarın xəttdə kondisioner və ya havalandırma sistemi ilə bağlı narazılıq doğuran halı olarsa və ya araşdırılmalı məsələ yaranarsa, buna dərhal reaksiya verilir.
Eyni zamanda gün ərzində aparılan monitorinqlərin tərkib hissəsi kimi xüsusi nəzarət mexanizmləri də mövcuddur. Hər hansı çatışmazlıq, nöqsan və ya qüsur aşkar olunarsa, onun aradan qaldırılması mümkündürsə, xətt üzərində həll edilir. Əgər həlli mümkün deyilsə, qatar depoya göndərilir və başqa qatarla əvəz olunur”.

AYNA-nın media ilə əlaqələr şöbəsinin baş mütəxəssisi Günay Elşadqızı yaranan texniki nasazlıq zamanı lazımi tədbirlərin görüldüyünü və xəbərdarlıq edildiyini bildirib:

“Hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarandığı halda bunu tez bir zamanda aradan qaldırmaq daşıyıcının öhdəliyidir və tədbir görülmədiyi təqdirdə daşıyıcıya xəbərdarlıq edilir. Ümumilikdə avtobus parkının müasir, kondisionerli nəqliyyat vasitələri ilə yenilənməsi bu sahədə olan problemləri əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldıb. 
Taksilərdə kondisionerlə bağlı yaranan narazılıqla bağlı AYNA-nın “141” Çağrı Mərkəzi üzərindən sərnişinlərin müraciətləri olduqda məsələ araşdırılır və tərəfimizdən lazımi tədbirlər görülür. Ümumilikdə məhz sərfiyyata görə kondisionerlərin yandırılmaması və buna görə əlavə ödənişin tələb olunması yolverilməzdir”.

Nicat Rüstəmzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 İyul 2026 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri