Icma.az
close
up
RU
İctimai rəy və informasiya məkanına müdaxilələr davam edir, Gürcüstan nümunəsi də göz önündədir

İctimai rəy və informasiya məkanına müdaxilələr davam edir, Gürcüstan nümunəsi də göz önündədir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Media savadlılığı çox geniş bir məfhumdur. Çünki medianın funksiyalarını bütövlükdə hamısını konseptual şəkildə əhatə edən bir ifadədir. İlk növbədə media savadlılığı media mənsublarının dünya görüşündən başlamış, media institutlarının təkmil, məqsədyönlü və intellektual göstəriciləri yuxarı olmaqla fəaliyyət göstərən bir institutlaşmadır. Nəzərə almaq lazımdır ki, biz həmişə mediadan danışanda həm də onun maariflənmə funksiyasından danışırıq. Bu mənada media elmi-kütləvi və rəyi təyin edən əsas vasitələrdən biri olduğu üçün medianın dünyada, ətraf mühitdə, cəmiyyətdə baş verən bütün hadisələrə və savadlı, analitik təhlil əsasında yanaşması və onu qlobal və geniş mənada təqdim etməsi mühüm əhəmiyyət kəsb edir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Hikmət Babaoğlu danışıb. Deputat qeyd edib ki, əgər biz şərti olaraq qəbul etsək ki, hər bir fərdin ətraf mühitdə baş verənlərə reaksiyasını həm də onun əldə etdiyi informasiyalar təyin edir, bu zaman biz fərdlərin informasiya istehlakçısı kimi bu informasiyanın keyfiyyətindən nə qədər asılı olduğunu görərik: “Fərdlərin ümumi reaksiyasi nəticə etibarı ilə ictimai rəyə çevrilir. Bu səbəbdən də media belə bir institutdur ki, qarşılıqlı şəkildə həm cəmiyyəti məlumatlandırır, həm də özü məlumatlanır. Nəticədə təkrar olunan bu kontinentarlıq nəticə etibarilə hər bir cəmiyyətin intellektual göstəricilərini təyin etmiş olur.

Media subyektlərinin davranışları və hadisələrə yanaşması məsələsində də, hər nə qədər obyektivlik zəruridirsə bir o qədər də yanaşmada intellektuallıq zəruridir. Nəticə etibarilə, heç bir ölkənin media institutu sadəcə milli media mühiti ilə məhdudlaşmır. Daima qlobal informasiya mühiti ilə, qlobal media mühiti ilə ünsiyyətdə olur və belə olan halda daha intellektual, daha savadlı media subyektləri tərəfindən təzyiqlərə məruz qalır. Milli medianın savadlılığı məhz bu təzyiqləri bitərəf etməklə biri milli maraqlardan çıxış etmək mövqeyi, bəşəriyyət, xalqların mübarizə tarixidir. Burada mütləq rəqabət var və bu daima belədir və daima da belə olacaq. Bu mühitdə hər bir milli media öz maraqlarından çıxış edir”.

Hikmət Babaoğlu bildirib ki, dezinformasiya hər bir millətin demokratik ənənələrinə hüquqi sistemdə vətəndaş cəmiyyəti institutlarında, digər institutlarında ardıcıl şəkildə məqsədyönlü informasiya ötürməkdir və bu da kompleks xarakter daşıyır.

“Cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaqla onu kənardan idarə etmək səciyyəsi daşıyır. Biz dezinformasiyanı adi yalan kimi qəbul etməməliyik. Dezinformasiya milli informasiya mühitinin köklərini, əsasları dağıtmaqla onun üzərində yalançı informasiyaların hakimiyyət qurmaq məsələsidir.

Azərbaycan prezidenti İlham Əliyev VII çağırış Milli Məclisin açılış mərasimindəki çıxışında iki məsələyə toxundu. Prezident qeyd etdi ki, Azərbaycan cəmiyyətinə qarşı ideoloji təhdidlər var. Bu da tamamilə doğrudur. Bu hadisə hər zaman olub və hər zaman olacaq. Azərbaycan prezidenti bildirdi ki, Azərbaycandakı ictimai rəy üzərində hakim olmaq istəyənlər var. İctimai rəy üzərində hakim olmaq istəyən qüvvələr dezinformasiyanı məqsədyönlü şəkildə yaymaqla, bizim informasiya məkanı və ictimai rəy üzərində hakim olmağa çalışırlar. İctimai rəy üzərində hakim olmaq, artıq millətin milli hakimiyyətinə qarşı paralel hakimiyyət qurmaqdır. Biz bunun bariz bir nümunəsini Gürcüstanda görürük. Buna qarşı mübarizə də zəruridir.

Hazırkı mərhələdə biz ilk növbədə media savadlılığı məsələlərinə diqqət etməliyik. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən müsabiqələrin təşkil olunması, media subyektlərinin məhz bu istiqamətdə motivasiya edilməsi, onlara maliyyə vəsaitinin ayrılması eyni zamanda qeyri-hökumət təşkilatları, institutları tərəfindən QHT-yə yardım fondu tərəfindən qeyri-hökumət təşkilatlarının maliyyələşməsi, məhz bu məqsədə hesablanıb ki, biz intellektual göstəricilərə malik olan savadlı cəmiyyətdə yaşayaq”-deyə Hikmət Babaoğlu bildirib.

Deputatın fikrincə, savadlı cəmiyyətin savadsız mediası ola bilməz, savadsız cəmiyyətin də savadlı mediası ola bilməz: “Bunlar bir-birindən komplimentardır. Bu iki istiqamətdə daima ardıcıl addımlar atılmalıdır”.

Dezinformasiyanın verdiyi zərərlər məsələsinə gəldikdə, Hikmət Babaoğlu vurğulayıb ki, bu fəaliyyət bütün cəmiyyətə zərər verir: “Media fərdi hadisə deyil, ictimai rəy də fərd hadisəsi deyil. Bu hadisə ümumi kütləvi hadisədir, cəmiyyət hadisəsidir. Bu səbəbdən də, bütövlükdə cəmiyyətə cəmiyyətə zərər vursa xalqımıza, xalqımıza zərər vursa millətimizə, millətimizə zərər vursa dövlətimizin maraqlarına zərər vurmuş olur. Məsələ, bu qədər sadədir. Ona görə də hər bir media mənsubu, hər bir media subyekti öz üzərində işləməlidir.

Biz informasiya cəmiyyətində yaşayırıq və həm də demokratik ölkədə yaşayırıq. Demokratik ölkədə informasiyanı məhdudlaşdırmaq mümkün deyil. Ona görə də burada milli maraqların müdafiəsi yalnız və yalnız savadlı münasibətlər sisteminin yaradılmasından keçir”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Dekabr 2024 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see232

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see220

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see219

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see218

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see181

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see161

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see144

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see142

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see139

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see130

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see129

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see128

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see128

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see125

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see123

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri