Icma.az
close
up
RU
İctimai yerdə namaz qılmağa İslam nə deyir?

İctimai yerdə namaz qılmağa İslam nə deyir?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan videolardan birində avtobus sürücüsünün nəqliyyat vasitəsinin içində namaz qıldığı əks olunurdu. Bu görüntülər müxtəlif reaksiyalar doğurub, ictimai məkanda dini ayinlərin icrası mövzusu yenidən gündəmə gəlib. Bu gün isə oxşar bir hadisənin canlı şahidi olduq. Şəhərin kənar hissələrindən birində bir kişinin yol kənarında, ağacların arasında namaz qılırdı. Ard-arda baş verən bu hallar ictimai məkanlarda dini ibadətin icrası ilə bağlı mövcud qaydalar, etik çərçivə və təhlükəsizlik məsələləri ətrafında suallar doğurur.
Bu barədə ilahiyyatçı, hacı Mircəfər Əyyubov Demokrat.az-a açıqlama verib. O bildirib ki, namaz hər bir müsəlman üçün vacib ibadətdir:
“Əgər kimsə vaxt tapıb məscidə gedə bilmirsə, namazı başqa yerdə də qıla bilər. Lakin mümkün olduğu qədər daha mədəni, sakit mühitdə və ya bunun üçün xüsusi ayrılmış yerlərdə namaz qılmaq tövsiyə olunur. Məsələn, avtobus sürücüsünün iş rejiminin çox gərgin olduğunu və vaxt qıtlığını nəzərə alsaq, ictimai asayişi pozmadan, piyadalara maneə yaratmadan yol kənarında namaz qılması şəriət baxımından problemli hesab edilmir. Əgər bu hal dövlət qanunlarına əsasən qadağandırsa, əlbəttə ki, buna yol vermək olmaz. Ümumiyyətlə, insanların haqqına girmək caiz deyil və şəriətdə buna icazə verilmir. Amma namaz insanın fərdi ibadətidir, Allahla ünsiyyətidir və vacibdir”.
O deyib ki, bu məsələyə yanaşmağımız iki formada ola bilər:
“Birincisi odur ki, namazın məsciddə və ya namazxanada qılınması daha məqsədəuyğundur.  Digər tərəfdən isə, əgər kimsə bilərəkdən insanların onun namaz qıldığını görməsi üçün şərait yaradırsa, bu artıq düzgün hesab edilmir. Burada bir qədər də kənardan baxanların yanaşma fərqi ortaya çıxır. Əgər söhbət namazın mədəni bir məkanda qılınmasından gedirsə, bu normal qarşılanmalıdır. Amma sadəcə namazın görüntüsü kimlərisə narahat edirsə, bu artıq namaz qılan şəxsin problemi deyil”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri